Page 288 - Ferdinand de Sössür_Layout 1
P. 288
Ferdinand de Sössür
daşımır, t-nın ts ilә әvәzlәnmәsi isә yalnız cәnubda özünü
göstәrmişdir; “doğma zәnglәrin ruhu” şimalla cәnub arasında
qar şılaşma yaratmışdır, lakin qarşılıqlı ünsiyyәt qüvvәsi
sayә sindә hәmin sәrhәdlәr daxilindә dil birliyi göz qaba -
ğındadır. Belәliklә, ikinci hadisә ilә birinci arasında prin sipcә
mühüm fәrq yoxdur. Hәmin qüvvәlәr dә meydandadır, lakin
onların tәsir intensivliyi müxtәlifdir.
Bütün bunlar ona gәtirib çıxarır ki, bәzi mәkanları ehtiva
edәn dil tәkamüllәri öyrәnilәrkәn tәcrübәdә lokal mәhdudluq
amillәrindәn yayınmaq, yaxud ona unifikasiyaedici amilin
mәnfi aspekti kimi baxmaq olar. Əgәr bu sonuncu kifayәt
qәdәr qüvvәtlidirsә, bütün әrazidә birliyi tәmin edәcәk; әks
halda hadisә yarı yolda qalıb әrazinin yalnız bir hissәsini
tutacaq; daha mәhdud olan sahә öz hissәlәrinә münasibәtdә,
hәr halda, vahid bir bütöv olacaq. Elә buna görә dә hәr şey
hәr bir müәyyәn sahәdә qarşılıqlı ünsiyyәt qüvvәsindәn
başqa bir şey olmayan lokal mәhdudluq amilinin hәr hansı
iştirakı olmadan yalnız unifikasiyaedici qüvvәlәrin fәaliy -
yәtinә gәtirib çıxarır.
288