Page 284 - Ferdinand de Sössür_Layout 1
P. 284
Ferdinand de Sössür
IV fәsil
DİL DALĞALARININ YAYILMASI
§1. Ünsiyyәtin gücü vә “doğma
zәnglәrin ruhu”
Dil faktlarının yayılması hәr hansı vәrdişin, mәsәlәn,
dәbin yayılması ilә eyni qanunlara tabedir. Hәr bir insan
kollektivindә iki quvvә iki müxtәlif istiqamәtdә arası
kәsilmәdәn vә eyni zamanda hәrәkәt edir: bir tәrәfdәn lokal
mәhdudluq ruhu, necә deyәrlәr, “doğma zәnglәrin ruhu”,
başqa tәrәfdәn insanlar arasında әlaqә yaradan qarşılıqlı
ünsiyyәt gücü.
“Doğma zәnglәrin ruhu” qapalı dil kollektivinin öz
daxilindә inkişaf etmiş әnәnәlәrә inamını qoruyub saxlaması
ilә izah edilir. Hәr şeydәn әvvәl, hәmin әnәnәlәri hәr bir
insan uşaqlıqda mәnimsәyir, onların gücü, dayanıqlığı da
buradan irәli gәlir. Yalnız bu әnәnәlәr fәaliyyәt göstәrmiş
olsaydı, insan nitqi sahәsindә onlar sonsuzluğa qәdәr ayrılan
xüsusiyyәtlәr törәdәrdi.
Lakin onların fәaliyyәti әks qüvvәlәrin qarşı-qarşıya
gәlmәsi ilә tarazlaşır. Əgәr “doğma zәnglәrin ruhu” insanları
evdә oturdursa, qarşılıqlı ünsiyyәt qüvvәsi onları mәcbur edir
ki, öz aralarında müxtәlif münasibәtlәrә girsinlәr; qarşılıqlı
ünsiyyәt qıraq kәndlәrә başqa yerlәrdәn insanlar gәtirir,
әhalinin bir hissәsini bayramlar vә ya yarmarkalarla әlaqәdar
bir yerdәn başqa yerә atır, müxtәlif әyalәtlәrdәn insanları
ordu sıralarında birlәşdirir vә s. Bir sözlә, bu, “doğma zәng -
lәrin ruhu”nun bölücü fәaliyyәtinә qarşı olan birlәşdirici
amil lәrdir. Ümumi ünsiyyәt dilin yayılması vә daxili birliyin
әsasıdır, bu, iki cür tәsir göstәrir: gah mәnfi, dialektlәrә bö -
284 lün mәnin qarşısını almaqla, istәnilәn innovasiyanın istәnilәn
yerdә yayılmasına vә istәnilәn mәqamda baş qaldırması na