Page 279 - Ferdinand de Sössür_Layout 1
P. 279
Ümumi dilçilik kursu
linq vistik xәritәşünaslığa dair işlәr üçün çıxış nöqtәsi idi.
Hәmçinin Venkerin alman atlasını da xatırlamaq lazımdır.
Atlas forması buna hәr şeydәn daha çox uyğundur, belә ki,
ölkәni әyalәt-әyalәt öyrәnmәk lazım gәlir; hәr bir әyalәt üçün
ayrı xәritә isә dialekt әlamәtlәrinin yalnız kiçik bir hissәsini
ehtiva edә bilәrdi. Eyni bir әyalәt dәfәlәrlә tәsvir edilmәlidir
ki, onda üst-üstә yığılmış fonetik, leksik, morfoloji vә başqa
xüsusiyyәtlәr barәdә tәsәvvür yaratsın. Bu cür araşdırmalar
bütöv tәşkilatlar, sorğu vәrәqәlәri vasitәsilә sistemli tәhlillәr,
yerlәrdә korrespondentlәrin iş birliyini vә s. tәlәb edir.
Bununla bağlı olaraq roman dili İsveçrәsi şivәlәrinin
araşdırılmasını da xatırlamaq lazımdır. Linqvistik atlasların
üstünlüklәrindәn biri dә onların dialektoloji әsәrlәr üçün
material vermәsidir: bu yaxınlarda meydana çıxmış
monoqrafiyalardan çoxu Jilyeronun atlasına әsaslanır.
Dialekt әlamәtlәri arasındakı sәrhәdlәr “izoqloss xәtlәri”
vә ya “izoqlosslar” adlanır. Hәmin termin “izoterm” sözü
әsasında yaradılmışdır, lakin aydın vә dәqiq deyildir, belә ki,
faktik olaraq “eynidilli” mәnasını ifadә edir. Əgәr “müәyyәn
dil vә ya dialekt üçün sәciyyәvi әlamәt” mәnasında qlossema
terminini qәbul etsәk, onda izoqlossematik xәtlәr barәdә danış -
maq olardı; lakin hәmin termin çәtin qәbul olunaca ğından,
İ.Şmidtin dövriyyәyә buraxdığı obrazdan istifadә edәrәk
bundan sonra innovasiya dalğaları barәdә danışmağa üstünlük
veririk. Bu haqda sonrakı fәsildә bәhs edәcәyik.
Linqvistik xәritәyә baxanda bәzәn görürük ki, hәmin
dalğalardan ikisi vә ya üçü, demәk olar ki, uyğun gәlir, hәtta
bәzәn haradasa qovuşur:
Aydındır ki, belә bir zolaqla ayrılmış iki A vә B nöq -
279
tәsindә fәrqlәrin müәyyәn yekunu aşkar olur, buna görә dә