Page 274 - Ferdinand de Sössür_Layout 1
P. 274
Ferdinand de Sössür
öz-özlüyündә fәrqlәnmә yaratmır. Bu ona oxşayır ki, hәcm
barәsindә üçüncü koordinatı – dәrinliyi nәzәrә almadan yal -
nız tәk sәthә görә mühakimә yürüdәsәn. Elәcә dә coğrafi
diferensiasiya sxemi yalnız o halda bütövlәşir ki, zamana
proyeksiya olunsun.
Etiraz edilә bilәr ki, әtraf mühitin, iqlimin, landşaftın,
xalq adәtlәrinin (mә sә lәn, dağda yaşayan tayfaların adәtlәri
ilә dәnizkәnarı әhalininki uyğun gәlmir) müxtәlifliyi dilә
tәsir edә bilәr, onda haqqında söhbәt gedәn müxtәliflik
coğrafi baxımdan şәrtlәnmiş olur. Lakin belә tәsirlәr müb a -
hisәlidir. Onlar hәtta sübut olunsa belә, bu mühüm fәrqi unut -
mamaq lazımdır. Ətraf mühitin tәsirinә, ümumiyyәtlә desәk,
hәr bir ayrıca halda müәyyәn edilәn, lakin sezilmәz sәbәblәr
üzündәn әldә olunub tәsvirә gәlmәyәn hәrәkәtin yönәldilmәsini
dә әlavә etmәk olar. Müәyyәn mәqamda vә mühitdә u sәsi ü-
yә keçir; nә üçün o hәmin mәqamda, hәmin mühitdә
әvәzlәnir vә nә üçün u, mәsәlәn, o-ya deyil, ü-yә keçir? Bu
suala cavab vermәk olmaz. Lakin onun istiqamәtini vә xüsusi
tәzahürlәrini, başqa sözlә, dilin qeyri-sabitliyini hesaba al-
maqla, dәyişmәnin özü ancaq zamanın hәrәkәti ilә müәyyәn
edilir. Demәli, coğrafi rәngarәnglik ümumi hadisәnin yalnız
ikinci dәrәcәli aspektidir. Qohum dillәrin birliyi yalnız zaman
daxilindә meydana çıxır. Əgәr komparativist tәhlükәli
illüziyaların qurbanı olmaq istәmirsә, hәmin prinsipә әmәl
etmәlidir.
274