Page 275 - Ferdinand de Sössür_Layout 1
P. 275
Ümumi dilçilik kursu
§ 2. Arasıkәsilmәz әrazilәrdә zamanın
dilә tәsiri
Bir birdilli ölkә götürәk: hәr yerindә eyni dildә danışılan,
әhalisi oturaq olan, mәsәlәn, Qalliyada tәxminәn e. ә. 450-ci
ildә latın dili hәr yerdә möhkәm kök salmışdı. Bu halda dildә
nә baş vermәliydi?
Dilin mütlәq dәyişmәzliyi mümkün olmadığından nә -
zәrdә tutulan dil müәyyәn müddәtdәn sonra artıq öz-özünün
eyni olmayacaqdı.
Bütün әrazidә tәkamül eyni şәkildә baş vermәyәcәk, ye -
rindәn asılı olaraq dәyişәcәkdi. Hәlә heç zaman heç yerdә
belә bir hal qeydә alınmamışdır ki, yayıldığı әrazinin hәr
yerindә dil eyni cür dәyişsin. Belәliklә, hәqiqәt soldakı yox,
sağdakı sxemә uyğun gәlir:
Nәticәdә bütövlükdә mümkün dialekt formasının
yaranmasına gәtirib çıxaran rәngarәnglik nәdәn başlayır vә
necә inkişaf edir? Bu suala cavab vermәk, ilk baxışdan
göründüyü qәdәr dә sadә deyil. Hәmin hadisә iki әsas
әlamәtә malikdir:
Tәkamül – tәbiәtlәrindәn çıxış edilәrәk sadalanması,
tәsviri vә tәsnifi çәtin olmayan ayrı-ayrı faktlardan (fonetik,
leksik, morfoloji, sintaktik vә s.) ibarәt ardıcıl vә ciddi 275
müәyyәn edilmiş innovasiyalar şәklindә hәyata keçir.