Page 276 - Ferdinand de Sössür_Layout 1
P. 276
Ferdinand de Sössür
Bu innovasiyaların hәr biri müәyyәn yerdә meydana
çıxır, öz yayılma sahәsi olur. İnnovasiyaların әhatә etdiyi
zona ya dilin bütün yayılma әrazisini örtür – bu halda dialekt
fәrqi yaranmır (bu olduqca nadir haldır), ya da adәtәn hәmişә
olduğu kimi, dilin yayıldığı әrazinin yalnız bir hissәsini әhatә
edir ki, bu zaman hәr bir dialekt faktının öz xüsusi sahәsi
olur. Aşağıda sәslәrin tarixindәn gәtirilәn misallar yalnız
fonetik deyil, bütün dәyişmәlәr baxımından doğrudur.
Mәsәlәn, әgәr әrazinin bir hissәsindә a-nın e-yә keçidi baş
vermişsә, ola bilәr ki, s-nın z-ya keçidi dә hәmin әrazidә,
lakin başqa sәrhәdlәr daxilindә baş verәcәk:
Tәbii inkişafa malik hәr bir dilin yayıldığı әrazidәki şivә
rәngarәngliyi mәhz bu vә ya digәr hadisәnin hәmin xüsusi
yayılma zonalarında mövcudluğu ilә izah edilir. Bu dәyiş -
mәlәrin hәr hansı birinin yayılma zonasını irәlicәdәn görmәk
olmaz; hәmin zonaların ölçüsünü müәyyәn etmәyә heç nә
imkan vermir, onların mövcudluğunu yalnız tәsbit etmәk
olar. Xәritәdәki kәsişәn sәrhәdlәri üst-üstә qoysaq, onda
fövqәladә dәrәcәdә mürәkkәb kombinasiya alınacaqdır.
Onların ümumi görünüşü bәzәn çox qәribә olur: deyәk ki,
latınca c vә g Fransanın şimalında a müqabilindә tʃ, dƷ-ya,
sonra ʃ, Ʒ-ya (müqayisә et: cantum ‘mahnını’ → chant
‘mahnı’ , virga ‘çubuq’ → verge ‘çubuq’), Pikardiya vә Nor-
mandiyada c, g saxlanılmışdır (müqayisә et: Pikardiyada chat
‘pişik’ yerinә cat, rėchappė ‘sağ qalmış’ yerinә sonralar
fransız әdәbi dilinә keçmiş rescapė, yuxarıda nümunә
gәtirilmiş virga yerinә vergue vә s.).
276
Bu hadisәlәrin nәticәsindә nә olmalıdır? Əgәr bütün A
әrazisindә hansısa müәyyәn mәqamda eyni bir dil hakim -