Page 277 - Ferdinand de Sössür_Layout 1
P. 277
Ümumi dilçilik kursu
dirsә, beş-on әsrdәn sonra onun iki ucqar mәntәqәsinin
әhalisi, çox ehtimal ki, bir-birini başa düşmәyәcәk. Başqa
tәrәfdәn, hәmin mәntәqәlәrdәn birinin sakinlәri yaxın
yerlәrin şivәlәrini әvvәlki kimi başa düşәcәklәr. Bu ölkәnin
bir başından o biri başına keçәn sәyyah bir yerdәn o birinә
keçәrkәn yalnız әn әhәmiyyәtsiz dialekt fәrqlәrini qeyd
edәcәk, lakin onun hәrәkәtinin miqyasına uyğun olaraq
hәmin fәrqlәr artacaq; demәli, nәhayәt ki, o elә bir dillә
qarşılaşacıq ki, onun sәyahәtә başladığı әyalәtin sakinlәri
üçün anlaşılmaz olacaqdır. Əgәr A әrazisinin hansısa
mәntәqәsindәn müxtәlif istiqamәtlәrdә hәrәkәt edilsә,
görünәcәk ki, bu istiqamәtlәrin hәr birindә fәrqlәrin sayı get-
gedә artır, hәm dә müxtәlif şәkildә artır.
Hәr hansı kәndin şivәsindәki xüsusiyyәtlәr qonşu
yerlәrdә tәkrarlana bilәr, lakin qәtiyyәn irәlicәdәn görmәk
mümkün deyil ki, onların hәr biri hansı hәddә qәdәr
yayılacaq. Mәsәlәn, Yuxarı Savoy departamentindәki Duven
adlı yerdә Cenevrә şәhәrinin adı ḋenva kimi tәlәffüz olunur.
Şәrqә vә cәnuba doğru uzaqlaşdıqca hәmin tәlәffüz yoxa
çıxır, Cenevrә gölünün o biri sahilindә isә şәhәr Dzenva
adlanır. Hәm dә burada söhbәt bir-birindәn kәskin şәkildә
ayrılmış iki dialektdәn getmir. Ona görә ki, başqa hadisәlәrә
münasibәtdә sәrhәd ayrı cür olur. Tutaq ki, Duvendә deux
‘iki’ sayı daue kimi tәlәffüz olunur, lakin bu tәlәffüzün dә
yayılma sahәsi ḋenva-dan çox kiçikdir; oradan bir neçә kilo-
metr mәsafәdә, Salevin әtәklәrindә due deyirlәr.
277