Page 272 - Ferdinand de Sössür_Layout 1
P. 272
Ferdinand de Sössür
III f ә s i l
DİLLƏRİN COĞRAFİ
RƏNGARƏNGLİYİNİN SƏBƏBLƏRİ
§1. Dillәrin müxtәlifliyinin әsas sәbәbi
zamandır
Dillәrin mütlәq müxtәlifliyi qarşıya xalis mücәrrәd prob-
lem qoyur. Qohum dillәrin müxtәlifliyi, әksinә, bizi konkret
mü şahidә zәmininә gәtirir; bu müxtәliflik birliyә gәtirib
çıxara bilәr. Belә ki, müxtәlif tәkamül yolu keçmiş Qaliyanın
şimalında vә cәnubunda fransız vә provansal dillәri xalq latın
dilindәn törәyir. Onların mәnşәcә ümumiliyi maddi şәkildә
tәsdiq olunur.
Mәsәlәnin әslindә necә olduğunu aydınlaşdırmaq üçün
mәkan daxilindә dil diferensiasiyasının әsas sәbәblәrini
müәyyәn etmәyә imkan verәn tamamilә nәzәri, mümkün
qәdәr sadә vәziyyәt tәsәvvür edәk. Vә özümüzdәn soruşaq
ki, әgәr qapalı әrazidә, mәsәlәn, kiçik bir adada yayılmış hәr
hansı bir dil müstәmlәkәçilәr tәrәfindәn başqa bir әraziyә –
eyni dәrәcәdә qapalı bir yerә, mәsәlәn, başqa bir adaya
aparılarsa, nә baş verәcәk? Müәyyәn vaxt keçdikdәn sonra
1
görәcәyik ki, birinci mәnbә F ilә ikinci F -in dili arasında
lüğәt, qrammatika, tәlәffüz vә s. baxımından hәr cür fәrqlәr
özünü göstәrir.
1
Belә düşunmәk olmaz ki, dәyişmәyә yalnız F mәnbә yin -
dәki müstәmlәkә çi lә rin lәhcәsi mәruz qalacaq, F mәnbә -
yindәki eyni lәhcә qәtiyyәn dәyişmәyә cәk; tam şәkildә әksini
dә sübut etmәk olmaz. Ümumiyyәtlә, innovasiya gah orada,
gah da burada, hәtta hәr iki mәntәqәdә eyni zamanda әmәlә
gәlә bilәr. İstәnilәn a dil hadisәsi hәr hansı başqa b, c, d vә s.
272 ilә әvәz oluna bildiyinә görә diferensiasiya üç müxtәlif üsulla
gedә bilәr: