Page 271 - Ferdinand de Sössür_Layout 1
P. 271
Ümumi dilçilik kursu
Analoji faktlar sivilizasiyanın müәyyәn sәviyyәyә çatdığı
bütün zamanlarda bütün xalqlarda müşahidә olunmuşdur.
Yunanların Attik vә ioniya dialektlәrindәn gәlәn öz koynesi
ilә yanaşı, yerli dialektlәr dә mövcudluğunu qoruyub sax -
lamışdır. Hәtta qәdim Babilistanda, görünür, әyalәt dia lekt -
lәri ilә yanaşı rәsmi dilin mövcudluğunu müәyyәnlәş dirmәk
mümkündür.
Ümumi dilin mövcudluğu hökmәn yazının olması ilә
şәrtlәnirmi? Homerin poemaları sanki bunun әksini sübut
edir; yazının tamamilә, yaxud az qala mövcud olmadığı
zaman meydana çıxdıqlarına baxmayaraq, onların dili
şәrtiliyin әlamәtlәrini daşıyır vә әdәbi dilin adi xüsusiyyәt -
lәrini әks etdirir.
Bu fәsildә nәzәrdәn keçirilәn faktlar o qәdәr geniş
yayılmışdır ki, onları dil tarixinin normal hadisәsi saymaq
olardı. Lakin biz şәrhimizdә dillәrin tәbii coğrafi rәnga rәng -
lik mәnzәrәsinin qarşısını kәsәn hәr şeydәn imtina edirik, yad
dilin müdaxilәsi, yaxud әdәbi dilin yaranması faktlarını bir
tәrәfә atıb bütün diqqәtimizi әsas fenomen üzәrindә cәm -
lәyirik. Bu cür sxematik sadәlәşdirmә sanki gerçәkliyә ziddir,
lakin tәbii fakt, hәr şeydәn әvvәl, xalis şәkildә öyrәnilmәlidir.
Qәbul etdiyimiz prinsipdәn çıxış etmәklә, belә hesab
edәcәyik ki, mәsәlәn, linqvistik cәhәtdәn Brüssel alman
şәhәridir, Belçikanın Flamandiya hissәsindә yerlәşir, burada
fransızca danışırlar, lakin bizi istisnasız olaraq flamand vә
vallon dil әrazilәri arasındakı demarkasion xәtt maraqlandırır.
Başqa tәrәfdәn, hәmin mәnada Lyoj linqvistik baxımdan
roman şәhәridir, belә ki, o, Valloniya әrazisindә yerlәşir.
Fransız dili burada ona qohum olan dialektlә bağlı xarici
dildir. Eynilә Brest linqvistik olaraq Bretoniya әrazisinә aid-
dir; burada danışılan fransız dili Bretoniyanın yerli lәhcәsi
ilә heç bir ümumiliyә malik deyil. Yalnız yuxarı alman
nitqinin sәslәndiyi Berlini biz aşağı Almaniya әrazilәrinә aid
edirik vә s.
271