Page 270 - Ferdinand de Sössür_Layout 1
P. 270
Ferdinand de Sössür
§2. Ədәbi dil vә yerli lәhcә
Dediklәrimiz hәlә tam deyil: әdәbi dilin yerli lәhcәyә
gös tәrdiyi tәsir nәticәsindә dil birliyi pozula bilәr. Mәdә -
niyyәtin inkişafında xalq müәyyәn sәviyyәyә çatanda bu, hәr
dәfә şәksiz-şübhәsiz baş verir. “Ədәbi dil” adı altında biz
yalnız әdәbiyyatın dilini deyil, daha ümumi mәnada, dövlәtә
aid olub-olmamasından asılı olmayaraq, bütövlükdә bütün
ictimai kollektivә xidmәt edәn, üzәrindә işlәnilmiş dili
anlayırıq. Öz-özlüyündә dil dialektlәrә parçalanmış vәziy -
yәtdә olur, onlardan heç biri o birinin sahәsinә müdaxilә
etmir; mәhz bu şәraitdә dil hәdsiz parçalanmaya mәruz qalır.
Lakin sivilizasiyanın inkişafi insanlar arasında ünsiyyәti
güclәndirdiyi üçün özünәmәxsus razılaşma nәticәsindә
mövcud dialektlәrdәn biri, bütövlükdә xalq üçün maraq
doğuran nә varsa, hamısını tәqdim edәn vasitә rolunda çıxış
edir. Başqasının deyil, mәhz bu dialektin seçilmәsinin motiv -
lәri olduqca rәngarәngdir: bәzi hallarda mәdәni baxımdan
daha çox inkişaf etmiş dialektә üstünlük verilir, başqa halda
siyasi hegemonluğu yerinә yetirәn vә mәrkәzi hakimiyyәtin
yerlәşdiyi әyalәtin dialektinә üstünlük verilir, elә hallar da
olur ki, saray öz dilini xalqa sırıyır. Rәsmi vә ümumi dil
mövqeyinә qalxıb üstünlük qazanmış dialekt nadir hallarda
әvvәl olduğu kimi qalır. Ona başqa әyalәtlәrin dialektlәrindәn
elementlәr keçir; ilkin әlamәtlәrini bütünlükdә itirmәdәn,
get-gedә daha da mürәkkәblәşir. Belә ki, fransız әdәbi dilindә
İl-de-Frans dialektini, ümumitalyan dilindә isә Toskan
dialektini asanca seçmәk olur. Ədәbi dil necә olursa-olsun,
bütün әrazidә dәrhal qalib gәlmir, çünki әhalinin ikidilli olan
mühüm hissәsi eyni zamanda hәm ümumi dildә, hәm dә yerli
lәhcәdә danışır. Belә bir mәnzәrә indiyә qәdәr Fransanın bir
çox әyalәtlәrindә, mәsәlәn, kәnardan gәtirilmiş fransız
dilinin yerli lәhcәni hәlә axıracan sıxışdırmadığı Savoyda
270
müşahidә edilir. Oxşar hadisә – rәsmi dillә yanaşı, dialekt -
lәrin saxlanılması Almaniyada da, İtaliyada da nәzәrә çarpır.