Page 266 - Ferdinand de Sössür_Layout 1
P. 266
Ferdinand de Sössür
etmәk olmaz. Bu, yaxud başqa halda dilçiliyin metodu nәdәn
ibarәtdir? Daha çox rast gәlinәn ikinci haldan başlayaq.
İndicә dediyimiz kimi, bir-birinә uyuşmayan çoxlu dillәr vә
dil ailәlәri vardır. Mәsәlәn, hind-Avropa dillәrinә münasi -
bәtdә Çin dili belәdir. Bu heç dә o demәk deyil ki, müqa yi -
sәdәn tamamilә imtina etmәk lazım gәlir – müqayisә hәmişә
mümkündür vә xeyirlidir: hәm qrammatik quruluşa vә fikrin
ifadәsinin ümumi tiplәrinә, hәm dә sәs sisteminә şamil edilә
bilәr. Eyni üsulla diaxron faktları, iki dilin fonetik tәka -
mülünü vә s. tutuşdurmaq olar. Lakin bu baxımdan imkanlar,
kәmiyyәtcә çoxsaylı olsa da, hәr bir dilin qurulu şunu müәy -
yәn edәn sәs vә psixi sәciyyәsinin bir sıra daimi göstә ric ilә -
rinә görә mәhduddur. Vә әksinә, hәmin daimi gös tәri cilәrin
әldә edilmәsi bir-birinә uyuşmayan dillәrin hәr hansı tutuş -
durulmasının әsas mәqsәdidir.
Ayrı-ayrı dil ailәlәri arasında müәyyәn edilәn başqa tipli
fәrqlәrә gәldikdә isә onlar müqayisә üçün qeyri-mәhdud
imkanlar açır. İki dil bir-birindәn әn müxtәlif münasibәtlәrdә
fәrqlәnә bilәr. Onlar bir-birinә heyrәtlәndirici dәrәcәdә ox -
şaya bilәr: mәsәlәn, avesta dili ilә sanskrit; yaxud tama milә
oxşar olmaya bilәr: mәsәlәn, sanskrit vә irland dili. Hәr cür
aralıq halları da mümkündür: yunan vә latın dillәri bir-birinә
ayrılıqda hәr birinin sanskritә yaxın olduğundan daha
yaxındır vә s. Çox zәif şәkildә fәrqlәnәn lәhcәlәr dialekt ad -
lanır; yeri gәlmişkәn, bu terminә o qәdәr dә ciddi mәna
vermәk lazım deyil: irәlidә görәcәyik ki, dia lekt lә dil ara -
sında keyfıyyәt deyil, yalnız kәmiyyәt fәrqi vardır.
266