Page 264 - Ferdinand de Sössür_Layout 1
P. 264
Ferdinand de Sössür
Dördüncü hissә
COĞRAFİ DİLÇİLİK
I fәsil
DİLLƏRİN MÜXTƏLİFLİYİ
Mәkan daxilindә dil barәdәki mәsәlәyә keçәrkәn biz
daxili dilçiliyi tәrk edir, genişlik vә rәngarәngliyini artıq
girişin beşinci fәslindә göstәrdiyimiz xarici dilçiliyә keçirik.
Dillәri öyrәnәrkәn, hәr şeydәn әvvәl, onların müxtәlifliyi
bizi heyran edir – elә müxtәliflik ki, hәm ayrı-ayrı ölkәlәrdә,
hәm dә eyni bir ölkә daxilindә müşahidә edilir. Zamanda
fәrqlәnmә adәtәn müşahidәçinin nәzәrlәrindәn yayınır,
mәkanda fәrqlәnmә isә hamının, hәr kәsin gözünә dәyir:
xarici tayfalarla әlaqәlәrә girәrkәn onu hәtta vәhşilәr dә
görürlәr. Mәhz hәmin tutuşdurmaların nәticәsi olaraq xalq
özünә mәxsus olan dili dәrk etmәyә başlayır. Ötәri qeyd edәk
ki, ibtidai xalqlarda dilin dәrki belә bir tәsәvvür yaradır ki,
geydiklәri geyim, daşıdıqları silah kimi nә isә bir vәrdiş, nә
isә bir әnәnәdir. Fransız sözü idiome “(konkret) dil” mәna -
sında müәyyәn ictimai kollektivin spesifik cәhәtinin inikası
kimi dilin sәciyyәsini yaxşı göstәrir (yunanca idiöma artıq
“xü susi adәt”i bildirirdi). Burada doğru bir ideya ifadә
olunmuşdur, lakin hәmin ideya o halda yanlış anlaşılır ki, dilә
artıq xalqın әlamәti kimi deyil, irqin, eynilә dәrinin rәngi,
yaxud kәllә sümüyünün quruluşu kimi baxılır.
Əlavә edәk ki, hәr bir xalq öz dilinin üstünlüyünә әmin -
dir. Başqa dillәrdә danışan insanlara adәtәn ümumiy yәtlә nitq
qabiliyyәti olmayanlar kimi baxılır: deyәk ki, yunanca bȃr -
baros ‘ “barbar, yunan olmayan” sözü, görünür, әvvәl “pәl -
tәk” mәnasını vermiş vә hәmin mәnada latın balbus sözü ilә
264 qo hum olmuşdur; german xalqının nümayәndәlәri rusca
“nemes”, yәni “lal” adlanır.