Page 262 - Ferdinand de Sössür_Layout 1
P. 262
Ferdinand de Sössür
C. Etimologiya
Etimologiya nә ayrıca fәnn, nә dә tәkamül dilçiliyinin
tәrkib hissәsidir, bu, yalnız sinxron vә diaxron faktlara aid
prinsiplәrin tәtbiqidir. Etimologiya sözlәrin keçmişinә nüfuz
edir vә hәmin istiqamәti onların izahı üçün material tapana
qәdәr izlәyir.
Nә zaman ki hansısa sözün mәnşәyi barәdә danışır vә
iddia edirlәr ki o başqa sözdәn “әmәlә gәlir”, onda bununla
bağlı olduqca rәngarәng şeylәr düşünmәk olar: deyәk ki,
fransızca sel ‘duz’ sadәcә sәs dәyişmәlәri nәticәsindә latınca
sal-dan törәyir; fransızca labourer ‘torpağı әkmәk’ әski
fransızca labourer ‘ümumiyyәtlә işlәmәk’dәn yalnız mәnanın
dәyişmәsi ilә әmәlә gәlir; couver ‘kürt yatmaq’ mәna vә
sәslәnmәnin dәyişmәsi nәticәsindә latınca cubäre ‘yat -
maq’dan yaranır; nәhayәt, fransızca pommier ‘alma ağacı’
pomme ‘alma’dandır deyәndә qrammatik söz yaradıcılığı
münasibәtindәn bәhs etmiş olurlar. İlk üç halda biz diaxron
eyniliklәrә istinad edirik, dördüncü hal isә bir neçә müxtәlif
elementin sinxron münasibәtinә aiddir. Analogiyaya dair
bütün deyilәnlәr göstәrir ki, o, etimoloji tәdqiqatın әn mühüm
şöbәsini tәşkil edir.
Əgәr belә bir iddia ilә kifayәtlәnsәk ki o, *dvenos-a gedib
çıxır, latınca bonus ‘xeyirxah’ın etimologiyasını müәyyәn -
lәşdirilmiş saymaq olmaz; lakin elә ki bis ‘iki dәfә’nin *dvis-
dәn әmәlә gәldiyini müәyyәn edirik vә duo ‘iki’ ilә әlaqә
yaranır, onda bunu etimoloji sәciyyәli әmәliyyat hesab
elәmәk olar. Eyni şeyi fransızca oiseau ‘quş’un latınca
avicellus ‘quş’ (← ‘quşcuğaz’) ilә müqayisәsi barәdә dә
demәk mümkündür, belә ki o, oiscau ilә avis ‘quş’ arasındakı
әlaqәni tapmağa imkan verir.
Belәliklә, etimologiya – birinci növbәdә, bu vә ya digәr
262 sözü başqa sözlәrә münasibәtini müәyyәnlәşdirmәk vasitәsi
ilә aydınlaşdırmaqdır. Aydınlaşdırmaq – artıq aydın olan