Page 265 - Ferdinand de Sössür_Layout 1
P. 265
Ümumi dilçilik kursu
Dilçiliyin hәr şeydәn әvvәl tәsbit etdiyi dillәrin coğrafı
rәngarәngliyidir ki, bu, artıq yunanlarda dil sahәsindәki el -
mi axtarışların ilkin istiqamәtlәrini müәy yәn etmişdir. Doğ -
rudur, yunanlar yalnız müxtәlif ellin dialektlәri arasında
möv cud olan fәrqlәrә diqqәt verirdilәr, lakin bunun izahı
var dır: onların marağı ümu miy yәt lә Yunanıstanın hüdudunu
aşmırdı.
Hansısa iki lәhcәnin bir-birindәn fәrqlәndiyini tәsbit
edәrkәn biz artıq instinktiv olaraq onlarda analoji әlamәtlәr
tapmağa başlayırıq. Bütün danışanlara xas olan tendensiya
burada üzә çıxır. Kәndlilәr öz şivәlәrini qonşu kәndlәrin
şivәlәri ilә hәvәslә müqayisә edirlәr; bir neçә dildә danışmalı
olan insanlar hәmin dillәr arasında oxşarlıq görürlәr. Vә
bununla yanaşı, qeyd etmәk maraqlıdır ki, elmin bu cür
müşahidәlәrdәn istifadә etmәsindәn az zaman keçmәmişdir.
Deyәk ki, latın vә yunan lüğәtlәri arasında әhәmiyyәtli
oxşarlıq görәn yunanlar bundan heç bir linqvistik nәticә
çıxara bilmәmişlәr.
Bu oxşar әlamәtlәrin elmi müşahidәsi bir sıra hallarda
tәsdiq etmәyә imkan verir ki, iki, yaxud bir neçә dil öz
aralarında qohumluq tellәri ilә bağlıdır, yәni onlar ümumi
mәnşәyә malikdir. Hәmin üsulla yaxınlaşan dil qrupları ailә
adlanır; müasir dilçilik bir-birinin ardınca bir sıra ailәlәr
müәyyәn etmişdir : hind-Avropa, sami, bantu vә s. Bu ailәlәr
dә öz növbәsindә, öz aralarında da müqayisә oluna bilәr ki,
nәticәdә daha geniş vә daha dәrin әlaqәlәr meydana
çıxarılmış olur. Uqor-fin vә hind-Avropa, hind-Avropa vә
sami dil ailәlәri vә s. arasındakı oxşar әlamәtlәrin tapılmasına
cәhd edilmişdir. Lakin bu cür tutuşdurmalar dәrhal bir sıra
maneәlәrlә qarşılaşır. Hәqiqәtә oxşayanı sübut edilәnlә
qarışdırmaq olmaz. Bütün dillәrin ümumi qohumluğu
şübhәlidir, hәtta italyan dilçisi Trombettinin düşündüyü kimi,
hәqiqәt olsa belә, dillәrdә baş vermiş olduqca çoxlu
dәyişikliklәr üzündәn onu sübut etmәk mümkün olmazdı.
265
Belәliklә, qohum dillәr arasındakı fәrqlәrlә yanaşı, elә
mütlәq fәrqlәr dә var ki, qohumluğu müәyyәn vә ya sübut