Page 260 - Ferdinand de Sössür_Layout 1
P. 260
Ferdinand de Sössür
Ön şәkilçi son şәkilçidәn, mütlәq olmasa da, olduqca
geniş yayılmış daha bir әlamәti ilә dә fәrqlәnir: ön şәkilçi
daha yaxşı sәrhәdlәnir, yәni bütövlükdә sözdәn asan ayrılır.
Bu, ön şәkilçinin öz tәbiәtindәn asılıdır: әksәr hallarda biz
ön şәkilçini ataraq bitmiş tam söz alırıq (müqayisә et:
fransızca recommencer ‘yenidәn başlamaq’: commencer
‘başlamaq’, indigne ‘lәyaqәtsiz’: digne ‘lәyaqәtli’ , mala droit
‘cәld olma yan’: adroit ‘cәld’, contrepoids ‘әks ağırlıq’: poids
‘ağırlıq’ vә s.). Ön şәkilçinin hәmin xüsusiyyәti özünü daha
dağınıq şәkildә latın, yunan vә alman dillәrindә göstәrir. Onu
da qeyd edәk ki, bәzi ön şәkilçilәr müstәqil sözlәr kimi dә
çıxış edә bilәr; müqayisә et: fransızca contre ‘әks’, mal
‘yaman’, ‘pis’, avant ‘ön’, sur ‘üstünә, üstündә’; almanca
unter ‘alt’, vor ‘irәli’ vә s.; yunanca katȃ ‘nәdәnsә’, pro ‘irәli’
vә s. son şәkilçilәrdә mәsәlә tamamilә başqa cürdür. Hәmin
elementi ataraq biz әsası alırıq ki, o, bitkin söz deyil:
mәsәlәn, fransızca organisation ‘tәşkilat’: organis ‘tәşkil’ ;
almanca Trennung ‘ayrılma’: trenn- ‘ayrıl’; yunanca zeȖgma
‘at arabası’: zeug- (at araba-) vә s. Başqa tәrәfdәn, son
şәkilçinin öz müstәqil mövcudluq imkanı yoxdur.
Deyilәnlәrdәn bu nәticәyә gәlmәk olur ki, hәr şeydәn
daha tez әsasın başlanğıc hissәsi әvvәlcәdәn tәcrid olunur.
Hәtta başqa formalarla tutuşdurmaya getmәdәn, danışan bilir
ki, ön şәkilçi ilә onun arxasınca gәlәn hissә arasındakı sәrhәd
haradadır. Sözün sonunda mәsәlә ayrı cürdür: burada eyni
әsasa, yaxud son şәkilçiyә malik olan formalarla müqayisә
aparmadan sәrhәdi müәyyәnlәşdir mәk mümkün deyil – bu
cür tutuşdurmanın nәticәsindә bütünlüklә tutuşdurulan
elementlәrin xüsusiyyәtindәn asılı olan bu vә ya digәr hüdud -
landırmalar alınır.
Subyektiv tәhlil baxımından son şәkilçilәr vә әsaslar
yalnız sintaqmatik vә assosiativ qarşılaşmalar miqyasında
dәyәrliliyә malikdir. Nә olur-olsun, tәki onlar qarşıqoyma
üçün imkan versinlәr, onda şәraitә baxaraq sözün qarşı-
260
qarşıya qoyulan iki hissәsindә forma yaradan elementi vә