Page 255 - Ferdinand de Sössür_Layout 1
P. 255
Ümumi dilçilik kursu
ğın dan, gәnc qrammatiklәr öz prinsiplәrindәn möhkәm
yapışaraq bәyan edirdilәr ki, köklәr, әsaslar, sözdüzәldici
şәkilçilәr vә s. düşüncәmizin xalis abstraksiyasıdır; әgәr biz
onlardan istifadә ediriksә, bunu istisnasız olaraq ancaq izahın
rahatlığı naminә edirik. Lakin hәmin kateqoriyaların
qurulması prinsipial olaraq özünü doğrultmursa, onda onları
qurmaq nәyә lazımdır? Əgәr onları qurmuşlarsa, bu halda
nәyә әsasәn hökm verirlәr ki, hipp-o-s bölünmәsi hipp-os
bölünmәsindәn üstündür?
Yeni mәktәb әvvәlki doktrinaların çatışmazlıqlarını qeyd
edәrәk (elә bir çәtinlik olmadan), nәzәriyyәdә ondan imtina
elәmәklә kifayәtlәndi, praktikada isә heç nәyә baxmayaraq
keçinә bilmәsi mümkün olmayan hәmin elmi aparatın
hakimiyyәti altında qaldı. Bizim bu “abstraksiyalar” üzәrindә
düşünmәyimizә dәyәr ki, onların gerçәkliyә uyğunluq dәrә -
cә sini müәyyәn edәk. Ən sadә tәshih kifayәtdir ki, qram -
matistlәrin bu süni quraşdırmalarını dәqiq dәrk edәk.
Burayaqәdәrki şәrhimizdә canlı dilin subyektiv tәhlili ilә
daxilәn bağlı olan obyektiv tәhlilin dilçilik metodolo giya -
sında özünün qanuni vә müәyyәn yerini tutduğunu göstәr -
mәyә cәhd etdik.
255