Page 253 - Ferdinand de Sössür_Layout 1
P. 253
Ümumi dilçilik kursu
İKİNCİ VƏ ÜÇÜNCÜ HİSSƏLƏRƏ
ƏLAVƏ
A. Subyektiv tәhlil vә obyektiv tәhlil
Danışanlar tәrәfindәn dil vahidlәrinin hәr an aparılan
tәhlili subyektiv tәhlil adlandırıla bilәr; onu dil tarixinә söy -
kәnәn obyektiv tәhlillә qarışdırmaq olmaz. Yunan dilinin
Hippos ‘at’ formasında qrammatika üç elementi fәrqlәndirir:
kök, sözdüzәldici vә sözdәyişdirici şәkilçi: hȋpp- o- s ; qәdim
yunan isә hәmin sözdә yalnız iki elementi başa düşmüşdür:
hȋpp- os . Obyektiv tәhlil latınca amȃbȃs ‘sәn sevirdin’-dә
aşağı sәviyyәnin dörd vahidini müәyyәn edir: am-ȃ- bȃ-s;
romalılar isә hәmin sözü üç elementә bölürdülәr: amȃ- bȃ- s.
Hәtta ehtimal ki, onlar -bȃs-a әsasa qarşı qoyulan sözdә -
yişdirici bütöv kimi baxmışlar. Fransız sözlәri entier ‘bütöv’
(latınca in-teger ‘toxunulmamış’dan), enfant ‘uşaq’ (latınca in-
fans ‘danışmayan’dan), enceinte ‘boylu’ (latınca in-cincta
‘kәmәr taxmayan’dan) da dil tarixçisi latın in- inkar ön
şәkilçisinin eyni olan en- ümumi ön şәkilçisini müәyyәn edir,
danışanların subyektiv tәhlili onu tamamilә rәdd edir. Qram -
matist sәhvlәri dilin spontan tәhlilindә tapmağa meyillidir,
әslindә isә, subyektiv tәhlil “yalançı” analogiyadan çox yalan
deyil. Dil sәhvә yol vermir, sadәcә onun baxış nöqtәsi ayrıdır.
Danışanların vә dilçinin dil tarixinә әsaslanan tәhlillәri hәr
iki halda eyni üsuldan istifadә edilmәsinә (eyni elementin
rast gәlindiyi cәrgәlәrin tutuşdurulması) baxmayaraq, onların
meyarları müxtәlif olur. Tәhlilin hәr iki növü özünü tamamilә
doğruldur vә onların hәr biri öz dәyәrini saxlayır, lakin nәticә
etibarilә әsas әhәmiyyәti danışanların tәhlili daşıyır, çünki
bilavasitә dil faktlarına dayanır.
Tarixi tәhlil, yәni dilin tarixinә әsaslanan tәhlil bunun,
bilavasitә tәhlilin yalnız törәmә formasıdır. O, mahiyyәtcә,
253
müxtәlif dövrlәrin qurumlarının bir müstәvi üzәrindә