Page 257 - Ferdinand de Sössür_Layout 1
P. 257
Ümumi dilçilik kursu
yuvasında bir neçә çeşid , yaxşı olar deyәk ki, bir neçә dәrәcә
әsası fәrqlәndirir. Yuxarıda zeȖgnü- mi, zeȖgnü- s vә s.-dәn
ayırdığımız zeugnü elementi özünü birinci dәrәcәli әsas kimi
tәqdim edir, ona görә ki, ayrılmaz deyil, başqa cәrgәlәrlә (bir
tәrәfdәn zeȖgnümi ‘atı qoşuram’, zeuktόs ‘qoşulmuş [at]’,
zeȖksis ‘qoşqu [at üçün]’, zeuktȇr ‘qoşan [atı]’, zugόn ‘xamut’
vә s., başqa tәrәfdәn zeȖgnümi ‘atı qoşuram’, deiknümi
‘göstәrirәm’, όrnümi ‘qaldırıram’ ) müqayisә yolu ilә zeug-nu
bölgüsü öz-özünә alınır. Belәliklә, zeug (özünün zeug-, zeuk-
, zug- әvәzlәnmә formaları ilә) artıq bölünmәyәn ikinci -
dәrәcәli әsasdır, belә ki, qohum formalarla tutuşdurma onu
daha kiçik hissәlәrә bölmәyә imkan vermir.
Bu bölünmәz element – qohum qrup tәşkil edәn bütün
sözlәr üçün ümumi olan hәmin hissә kök adlanır. Başqa
tәrәfdәn, hәr cür subyektiv vә sinxron bölünmә sәs element -
l әrinә yalnız hәr bir elementin payına düşәn mәna hissәci -
yindәn çıxış edilәrәk üzvlәnә bildiyindәn, kök elә elementdir
ki, onda bütün qohum sözlәrin müştәrәk mәnası әn yüksәk
dәrәcәdә mücәrrәdliyә vә ümumiliyә malikdir. Görünür,
hәmin mәna qeyri-müәyyәnliyi hәr bir kökdә müxtәlifdir; bu,
yeri gәlmişkәn, müәyyәn dәrәcәdә әsasın bölgü dәrәcәsindәn
asılıdır; әsas nә qәdәr çox ardıcıl parçalanmaya mәruz
qalarsa, onun mәnasının mücәrrәdlәşmәyә o qәdәr çox
imkanı yaranır. Deyәk ki, yunanca zeugmȃtion “qoşqu [atlar]”
mәnasını verir, zeȖgma ‘qoşqu lәvazimatı’ dәqiq spesifik -
lәşmәyә malik deyil, nәhayәt, zeug- “qoşulma” barәdә qeyri-
müәyyәn tәsәvvür ifadә edir.
Buradan belә çıxır ki, kök öz-özlüyündә söz kimi çıxış
edә vә bilavasitә sözdәyişdirici şәkilçi qәbul edә bilmәz.
Əslindә, söz hәmişә az vә ya çox dәrәcәdә müәyyәn tәsәv -
vürü, uzaqbaşı qrammatik baxımdan ifadә edir ki, bu da kökә
xas olan ümumilik vә mücәrrәdliklә uyğun gәlmir. Kök vә
sözdәyişmә bazasının uyğun gәldiyi olduqca tez-tez tәsadüf
olunan hal barәsindә nә düşünmәk lazımdır? Mәsәlәn, biz
257
bunu yunanca phlόks ‘alov’, phlogόs ‘alovlan’da onları eyni