Page 259 - Ferdinand de Sössür_Layout 1
P. 259
Ümumi dilçilik kursu
ifadә edir (müqayisә et: qәdim yәhudicә qätal ‘o öldürdü’ ,
qtaltėm ‘siz (kişilәr) öldürdünüz’, q’töl ‘öldü’ , ‘sәn (kişi)
öldür!’, qiflü ‘siz (kişilәr) öldürün!’ vә s. – bunların hamısı
“öldürmәk” mәnalı eyni feilin formalarıdır). Bundan başqa,
onlarda alman tәkhecalılığını xatırladan daha dağınıq şәkildә
nәsә tapırıq: sami köklәri hәmişә üç samitdәn ibarәt olur.
Fransız dili bu baxımdan tamamilә başqa mәnzәrә
yaradır. Burada birhecalı köklәrlә (roul-, march-, mang- vә s.)
yanaşı, çoxlu iki vә çoxhecalı köklәr (commenc-, hėsit-,
ėpouvant- ) olduğu üçün әvәzlәnmә azdır. Bundan başqa,
hәmin köklәrin formaları, xüsusilә sonda, olduqca rәngarәng
birlәşmәlәr tәqdim edir ki, buna görә dә onları müәyyәn
qaydaya tabe etmәk mümkün olmuşdur (müqayisә et: tu- er,
rėng- er, guid- er, grond- er, souffl- er, tard- er, entr- er, hurl- er vә
s.). Odur ki, kökün fransız dilindә olduqca zәif hiss olun -
masına tәәccüb etmәk lazım deyildir.
Kökün ayrılması, ardınca ön vә son şәkilçilәrin ayrıl -
masına gәtirib çıxarır. Ön şәkilçi sözün әsas kimi tanınan
hissәsindәn әvvәl gәlir: mәsәlәn, yunanca hupo- zeȖgnümi
‘atları qoşuram’da hupo- son şәkilçi isә o elementdir ki, onu
әsasa çevirmәk üçün kökә (mәsәlәn: zeug- mat-) , yaxud onu
ikinci dәrәcәli әsasa çevirmәk üçün birinci dәrәcәli әsasa
(mәsәlәn, zeug- mat- io) artırılır. Artıq gördük ki, hәmin
element dә sözdәyişdirici şәkilçi kimi sıfir әlamәtlә çıxış edә
bilәr. Belәliklә, son şәkilçinin ayrılması әsasın tәhlilinin
yalnız әks tәrәfidir.
Son şәkilçi gah konkret mәna, yәni semantik dәyәrlilik
ifadә edir: mәsәlәn, zeuk- tёr ‘atları qoşan’da -tёr- hәrәkәt
edәn şәxsi (hәrәkәtin subyektini) işarәlәyir; gah da xalis
qrammatik funksiya daşıyır: mәsәlәn, zeȖg- nü(-mi) ‘mәn
atları qoşuram’da -nü- indiki zaman ideyasını ifadә edir. Ön
şәkilçi dә hәm bu, hәm dә o biri rolu oynaya bilәr, lakin
bizim dillәrdә o, qrammatik funksiyaya tәsadüfı hallarda
malik olur; nümunәlәr: alman keçmiş zaman feli sifәtindә ge-
259
(getzt), slavyan dillәrindә bitmiş növün feil ön şәkilçilәri
(rusca на-писать).