Page 258 - Ferdinand de Sössür_Layout 1
P. 258
Ferdinand de Sössür
yuvanın (müqayisә et: phlėg- Ö ‘yandırıram’ vә s.) bütün
sözlәrindә rast gәlinәn phleg- , phlog- köklәri ilә müqayisә
edәrkәn görürük. Bu bizim indicә müәyyәnlәşdirdiyimiz
fәrqlә ziddiyyәt tәşkil etmirmi? Heç cür, ona görә ki, әgәr
biz yalnız sәs formalarına mәnadan tamamilә ayrılıqda
baxmaq istәmiriksә, phleg- : phlog-u ümumi, phlog-u isә
xüsusi mәnada fәrqlәndirmәk lazımdır. Eyni sәs elementinin
burada iki bir-birindәn fәrqli dәyәrliliyi var, belәliklә o, iki
müxtәlif dil elementi tәşkil edir. Yuxarıda biz zeȖgnü! ‘atları
qoş!’a sıfir şәkilçi ilә tәsrif olunan söz kimi baxdıq: buna
oxşar olaraq, demәliyik ki, bu halda phlόg- ‘alov’ sıfir
sözdüzәldici şәkilçili bazadır. Heç bir qarşılaşma mümkün
deyil: hәtta әgәr sәs baxımından uyğun gәlsәlәr dә, әsas
kökdәn fәrqli olaraq qalır.
Demәli, danışanların şüuru üçün kök özünü reallıq kimi
tәqdim edir. Doğrudur, danışanlar heç dә hәmişә onu eyni
dәqiqliklә ayırmağı bacarmırlar; bununla әlaqәdar bir dilin
daxilindә olduğu kimi, dillәr arasında da fәrq müşahidә edilir.
Bәzi dillәrdә kök müәyyәn sәciyyәvi xüsusiyyәtlәrә
malik olur ki, bu da danışanların ayrıca diqqәtini cәlb edir.
Alman dilindә mәsәlә belәdir; burada kök vahid keyfıyyәti
ilә seçilir – o, demәk olar ki, hәmişә birhecalıdır (müqayisә
et: streit-, bind-, haft- vә s.); onun quruluşu müәyyәn qaydalara
tabe olur – fonemlәr burada istәnilәn qaydada paylana bil -
mәz; samitlәrin bәzi birlәşmәlәri, mәsәlәn, partlayan üstәgәl
süzülәn kökün sonunda işlәnmir: werk- mümkündür, wekr- isә
mümkün deyil; helf, werd- ә rast gәlinir, hefl-, wedr- ә isә rast
gәlinmir.
Yada salaq ki, ardıcıl әvәzlәnmә, xüsusilә saitlәrin
әvәzlәnmәsi kökün vә ümumәn aşağı sәviyyә vahidlәrinin
hiss olunmasını zәiflәtmәkdәn daha çox güclәndirir: bu
baxımdan alman dili rәngarәng ablaut oyunları ilә fransız
dilindәn әsaslı şәkildә fәrqlәnir. Hәmin xüsusiyyәtlәrlә daha
çox sami dillәrin köklәri sәciyyәlәnir. Əvәzlәnmә onlarda
258
olduqca daimidir vә çoxlu sayda mürәkkәb qarşılaşmaları