Page 249 - Ferdinand de Sössür_Layout 1
P. 249
Ümumi dilçilik kursu
sahәsindәn gәtirәk. Hind-Avropa uludilindә önlüklәr olma -
mış, onların ifadә etdiyi münasibәtlәr geniş mәna dairәlәri
ifadә edәn çoxsaylı hallar vasitәsilә verilmişdir. Ön şәkilçili
feillәr dә olmamışdır, lakin bunun әvәzindә cümlәlәrә әlavә
olunan feillә ifadә olunan fәaliyyәtin işarәlәnmәsini
dәqiqlәşdirәn vә rәngarәng edәn әdatlar, sözcüklәr olmuşdur.
O zaman Ȋre ob mortem ‘ölümә qarşı getmәk’, yaxud hәmin
mәnada obȊre mortem kimi latınca cümlәlәrә uyğun gәlәn heç
nә olmamışdır, onda Ȋre mortem ob deyәrdilәr. Eyni vәziyyәti
biz hәm dә әn qәdim yunan dilindә görürük; όreos bainö käta
: όreos bainö özlüyündә ‘dağdan gәlirәm’ demәkdir – hәm dә
yiyәlik hal ablativ mәnası verir. Kȃta – “aşağı” mәna çalarını
әlavә edir. Sonra Katȃ όreos bainö meydana çıxır – burada
katȃ önlük rolunu oyna yır. Eyni zamanda kata- bainö όreos
meydana çıxır ki, fei lin әdatla aqqlütinasiyası nәticәsindә
kata feilin ön şәkilçisi olur.
Burada qarşımızda hamısı ayrı-ayrı vahidlәrin interpreta -
siyasına әsaslanan iki vә ya üç müxtәlif hadisә vardır:
1) Qrupların söz, önlük törәmәsi, sadәcә olaraq, mövcud
vahidlәrin yerdәyişmәsi yolu ilә baş verir. Ola bilәr, әvvәlcә
hәr şeyә biganә olan sözlәrin tәsadüfi sәbәblәrin tәsiri ilә
xüsusi paylanması yeni birlәşmә yaratmışdır: әvvәlcә
müstәqil olan kȃta indi όreos ismi ilә bağlanır vә birlikdә
bäȊnö-ya onun tamamlığı olaraq birlәşirlәr.
2) Yeni feil tipi KatabaȊnö-nun tәzahürü; psixoloji cәhәt -
dәn bu, yeni birlәşmәdir, onu vahidlәrin xüsusi paylanması
müәyyәn edir vә aqqlütinasiya möhkәmlәndirir.
3) Əvvәlkinin tәbii nәticәsi kimi – όre-os yiyәlik hal
şәkilçisinin mәnasının zәiflәmәsi; әvvәlcә yalnız yiyәlik
halın bildirdiyi hәmin anlayışın ifadәsini bundan sonra katȃ
öz üzәrinә götürür; bununla da hәmin sәviyyәdә os şәkilçi -
sinin çәkisi azalır: onun gәlәcәkdә itәcәyinin әsası burada –
doğulanda qoyulur.
Hәr üç halda görürük ki, söhbәt artıq mövcud vahidlәrin
249
yenidәn paylaşdırılmasından gedir. Əvvәlki substansiya yeni