Page 246 - Ferdinand de Sössür_Layout 1
P. 246
Ferdinand de Sössür
§2. Aqqlütinasiya vә analogiya
Analogiya vә aqqlütinasiya arasında kontrast üzdәdir:
1. Aqqlütinasiya iki vә ya bir neçә vahid sintez nәticә sin -
dә bir vahiddә qovuşur (mәsәlәn, hanc horam-dan encore
‘hәlә’), yaxud da aşağı sәviyyәnin iki vahidi hәmin sәviy -
yәnin bir vahidinә çevrilir (müqayisә et: *swädis- to- s dan
hёd- isto- s ‘әn gözәl’). Əksinә, analogiya aşağı sәviyyәnin
vahid lәrindәn çıxış edәrәk onları yuxarı sәviyyәnin vahid -
lәrinә çevirir. Latınca päg- änus ‘kәndçi’-ni yaratmaq üçün
analogiya päg- әsası ilә - änus şәkilçisini birlәşdirmişdir.
2. Aqqlütinasiya tamamilә sintaqmatik sferada fәaliyyәt
göstәrir: hәmin fәaliyyәt konkret birlәşmәni әhatә edir, qalan
şeylәrin ona dәxli yoxdur. Analogiya isә sintaqmlarla yanaşı,
assosiativ sıraları da әhatә edir.
3. Ümumiyyәtlә, aqqlütinasiyada әvvәlcәdәn qarşıya
qoyul muş mәqsәd vә fәal heç nә yoxdur; dediyimiz kimi, bu,
sadәcә, bir bütövdә toplanma, öz-özünә baş verәn mexaniki
prosesdir. Əksinә, analogiya bir üsul kimi tәhlil vә birlәşmәni
(combinasion), әqli fәaliyyәt vә mәqsәdyönlülüyü nәzәrdә
tutur.
Yeni sözlәrin törәmәsi ilә bağlı çox tez-tez konstruksiya
vә struktur terminlәrindәn istifadә olunur. Lakin hәmin
terminlәr aqqlütinasiya vә ya analogiyaya tәtbiq edilmәsin -
dәn asılı olaraq fәrqli mәnalara malikdir. Birinci halda onlar
elementlәrin tәdricәn elә birlәşmәsini xatırladır ki, sintaqm
daxilindәki tәmasdan sintezә mәruz qalır, sintez isә ilkin
vahidlәrin tamamilә itmәsinә gәtirib çıxara bilәr. Analogiya
hadisәsindә isә “konstruksiya” termini nә isә başqa bir şey –
mәhz müxtәlif assosiativ cәrgәlәrdәn alınmış bir neçә ele-
mentin birlәşmәsi sayәsindә nitq aktında dәrhal әldә edilmiş
qruplaşmadır (agencement).
246 Biz görürük ki, sözlәrin hәmin iki törәmә üsulunun
fәrqlәndirilmәsi nә qәdәr vacibdir. Deyәk ki, latınca possum