Page 242 - Ferdinand de Sössür_Layout 1
P. 242
Ferdinand de Sössür
dәn Abend ‘axşam’ (axşamlar nağıl edilәn şey) ilә әlaqәlәn -
dirmәyә başlamış, XVIII әsrә qәdәr onu hәtta Abendteuer
yazmışlar. Əski fransızca soufraite ‘mәhrumetmә’ (latınca
subfrangere-dәn suffracta ‘çatlatmaq’)-dәn souffreteux ‘güc -
süz’, ‘xәstә’ sifәti әmәlә gәlmişdir: indi onu souffrir ‘әzab
çәkmәk’ feili ilә әlaqәlәndirirlәr ki, onunla da heç bir ümumi
cәhәti yoxdur. Lais ‘vәsiyyәtnamәdәn imtinaetmә’ (laisser
‘әldәn qoymaq’dan feli isim)-yә indi lėguer ‘vәsiyyәt etmәk’ -
dәn törәnmiş kimi baxır vә onu legs şәklindә yazırlar. Bәzilәri
hәtta leg- s tәlәffüz edirlәr vә bu da belә bir tәәssürat yarada
bilәr ki, guya burada interpretasiyanın dәyişmәsi nәticәsindә
dәyişmә baş vermişdir. Lakin hәmin tәlәffüz yalnız yazılı
formanın tәsiri ilә izah olunur; tәlәffüzü dәyişmәdәn onun
kömәyi ilә sözün mәnşәyini nәzәrә çarpdırmaq istәmişlәr.
Analoji üsulla qәdim skandinav sözü humarr (müqayisә et:
Danimarka dilindә hummer)-dan götürülmüş fransız sözü
homard ‘omar (dәniz xәrçәngi)’ sonuna -ard-la bitәn fransız
sözlәrinә uyğun olaraq, d qәbul etmişdir: lakin bu halda
orfoqrafiya ilә әldә edilәn interpretasiya sәhvi yaxşı mәlum
olan şәkilçini qәbul edәn söz sonuna aiddir (müqayisә et:
bavard ‘boşboğaz’ vә s.).
Bununla belә, söz çox halda guya ibarәt olduğu element -
lәrlә uyğunlaşdırılmaq mәqsәdilә tәhrif edilir. Fransızca
choucroute ‘turş kәlәm’ (almanca Sauerkraut-dan ) bu
qәbildәndir. Latınca dromedärius ‘ikihürgüclü dәvә’ alman
dilindә Trampeltier ‘tapdayan heyvan’a çevrilmişdir. Mürәk -
kәb söz yenidir, lakin artıq mövcud olan elementlәr trampeln
vә Tier-dәn tәşkil olunmuşdur. Qәdim yuxarı alman dili
latınca margarȊta ‘inci’dәn, artıq mövcud olan iki sözün
kombinasiyası yolu ilә mari- greoz ‘dәniz daşı’ düzәltmişdir.
Xüsusilә ibrәtamiz daha bir hal: latınca carbunculııs
‘kömür parçası’ alman dilindә funkeln ‘parıldamaq’ ilә
assosiasiya әsasında Karfunkel, fransız dilindә isә boucle ‘tel’-
lә bağlı escarboucle olmuşdur. Calfeter, calfetrer ‘döymәk’
feutrenin ‘keçә’ tәsiri altında calfeutrer-ә çevrilmişdir. Bütün
242
bu nümunәlәrdә ilk baxışda hәr şeydәn çox heyrәt doğuran
odur ki, onların hәr biri anlaşıqlı elementlә yanaşı, başqa