Page 240 - Ferdinand de Sössür_Layout 1
P. 240
Ferdinand de Sössür
Analogiyanın yayıla bilmәdiyi yeganә formalar, görünür,
tәcrid olunmuş sözlәr – xüsusi adlar, o cümlәdәn coğrafi
adlardır (müqayisә et: Paris, Genėve, Agen vә s.) ki, heç bir
düşünülmüş bölgünü vә nәticә etibarilә onları tәşkil edәn
elementlәrin heç bir interpretasiyasını yaxın buraxmır, on-
larla bir cәrgәdә rәqabәt aparan yeni törәmәlәr meydana
gәlmir.
Belәliklә, hәr hansı formanın qorunub saxlanması birbaşa
iki әks sәbәblә izah oluna bilәr: tam tәcridolunma vә ya әsas
hissәlәri etibarilә toxunulmaz olub, daim onun kömәyinә
gәlәn müәyyәn sistemә mәnsubluqla. Analogiyanın dәyişdi -
ricilik tәsiri o aralıq sahәdә daha uğurla inkişaf edә bilәr ki,
hәmin sahә öz assosiativ әlaqәlәrindә kifayәt qәdәr dayağa
malik olmayan formaları әhatә edir.
Lakin söhbәt bir neçә elementdәn tәşkil olunmuş forma -
ların qorunub saxlanmasından, yaxud dil materialının yeni
konstruksiyalar üzrә yenidәn paylanmasından gedirsә, analo -
giyanın rolu intәhasız böyükdür vә tәsiri dilin hәr sahәsinә
yayılır.
240