Page 235 - Ferdinand de Sössür_Layout 1
P. 235
Ümumi dilçilik kursu
§2. Analogiya ilә törәmәlәr – interpre-
tasiya dәyişmәlәrinin әlamәtlәridir
Dil öz vahidlәrini durmadan interpretasiya edәrәk tәrkib
hissәlәrinә ayırır. Nә ilә izah etmәk olar ki, hәmin vahidlәrin
yozulması ardıcıl olaraq bir nәsildәn başqasına keçir?
Bunun sәbәbini dilin konkret vәziyyәtindәki tәhlil üsu-
luna daimi tәsir göstәrәn çox sayda amillәrdә axtarmaq
lazımdır. Hәmin amillәrdәn bәzilәrini yada salaq.
Birincisi vә daha vacibi fonetik dәyişmәdir. Onun sayә -
sindә tәhlilin bәzi üsulları ikimәnalı, bәzilәri isә qeyri-
mümkün olduğundan tәrkib hissәlәrinә ayrılmanın şәrtlәri,
bununla birlikdә isә nәticәlәri dәyişir. Ayrı-ayrı vahidlәr
daxilindә sәrhәdlәrin vә onların sәciyyәsinin dәyişmәsi bu-
radan qaynaqlanır. Bu barәdә beta- hȖs, redo- lȊch kimi
mürәkkәb sözlәr vә hind-Avropa hallanması ilә әlaqәdar
olaraq artıq danışmışdıq.
Lakin hәr şey fonetik amillә bağlı deyil. Aqqlütinasiya
da nәzәrә alınmalıdır ki, bu barәdә irәlidә söhbәt gedәcәkdir.
Aqqlütinasiya nәticәsindә ayrı-ayrı elementlәrin birlәşmә -
sindәn vahid bütöv әmәlә gәlir. Sonra isә sözә münasibәtdә
zahiri olan, lakin onun tәhlilini dәyişmәyә qadir bütün
mümkün vәziyyәtlәri yada salmaq lazım gәlir. Əslindә, tәrkib
hissәlәrinә ayrılma bütöv bir sıra tutuşdurmaların nәticәsi
olduğundan, tamamilә aydındır ki, o, hәr bir konkret mәqam -
da verilmiş sözün assosiativ әlaqәlәrindәn asılıdır. Deyәk ki,
hind-Avropa dilindә üstünlük dәrәcәsi *swäd- is- to- s özündә
bir-birindәn asılı olmayan iki şәkilçini birlәşdirir: müqayisә
ideyasının göstәricisi -is- (müqayisә et: latınca mag- is ‘artıq’)
vә әşyanın başqa әşyalar sırasındakı müәyyәn yerini
işarәlәyәn -to- (müqayisә et: yunanca tri- to s ‘üçüncü’). Bu
iki şәkilçi aqqlütinasiyaya mәruz qalmışdır (müqayisә et: yu-
nanca hӗd- isto- s vә ya daha doğrusu, hӗd- ist- os ‘çox gözәl ’). 235
Lakin öz növbәsindә hәmin aqqlütinasiyaya üstünlük