Page 236 - Ferdinand de Sössür_Layout 1
P. 236
Ferdinand de Sössür
dәrәcәsinin mahiyyәtinә yad olan şәrait fövqәladә dәrәcәdә
kömәk etmişdir: müqayisә dәrәcәsinin -is- formaları -jös-un
törәmәlәri nәticәsindә sıxışdırılaraq istifadәdәn çıxmış, -is-
in özü isә artıq müstәqil element kimi dәrk olunmadığından
-isto- daxilindә ayrıla bilmәmişdir.
Ötәri olaraq qeyd edәk ki, sözün әsasını formantın
xeyrinә ixtisar etmәk kimi ümumi tendensiya mövcuddur,
bu özünü xüsusilә o hallarda göstәrir ki, әsas saitlә bitir.
Deyәk ki, latıncada -tät- şәkilçisi (*vȇro- ität-em yerinә vёri-
tat- em ‘hәqiqәti’; müqayisә et: yunanca deino-tёt-a ‘gücü’)
әsasın i-sini özünә çәkir, nәticәdә vёri-tät-em sözü vёr-ität-em
kimi tәhlil olunmağa başlayır. Eynilә dә Römä-nus ‘Roma’,
Albä-nus ‘Alban’ (müqayisә et: *aes-no-s yerinә aёnus ‘mis’)
Röm-änus, Alb- änus-a çevrilmişdir.
İnterpretasiyada dәyişmәlәrin sәbәbi nә olsa da, hәmin
dәyişmәlәr hәmişә özünü analoji formaların tәzahüründә
tapır. Əslindә, yalnız hәr bir konkret mәqamda danışanın hiss
etdiyi canlı vahidlәr analogiya ilә törәmәlәri yaratmır, burası
da var ki, vahidlәrin hәr cür müәyyәn bölgüsü onlardan
istifadәnin geniş yayılmasına imkan verir. Analogiya bu yolla
formal elementin konkret mәqamda mәnalı vahid olmasına
heç bir şübhә doğurmayan sübut ola bilәr. Laktansidә
meridiälis әvәzinә meňdiönälis ‘günorta’ olması göstәrir ki, o
zaman romalılar bölgünü septentri - önälis ‘şimal’, regi-önälis
‘regional’ şәklindә aparırdılar ki, әsasdan alınmış i-nin -tät-
şәkilçisinә birlәşmәsini ifadә etsinlәr: celer - itätem ‘gәldiyi’
misal gәtirmәk kifayәtdir. Päg-us ‘kәnd’dәn әmәlә gәlmiş
päg-änus aydın göstәrir ki, romalılar Röm-änusu necә tәhlil
etmişlәr. Almanca redlich ‘doğruçu’nun tәhlili feil kökündәn
törәmiş sterblich ‘ölümlü’nün mövcudluğu ilә tәsdiq olunur.
Aşağıdakı olduqca maraqlı nümunә zaman-zaman çoxlu
yeni vahidin analoji tutuşdurmaya necә cәlb olunduğunu
göstәrir. Müasir fransız dilindә somnolent ‘yuxulu’ sözü, әgәr
indiki zaman feili sifәti kimi çıxış edirsә, somnol- vә -entә
236
ayrılır – bunun sübutu somnoler ‘mürgülәmәk’ feilinin möv -