Page 239 - Ferdinand de Sössür_Layout 1
P. 239
Ümumi dilçilik kursu
fәaliyyәti mexanizminin әsasında dayanan prinsiplә uyğun
gәlir. Latınca agunt ‘hәrәkәt edirlәr’ sözü *agonti deyildiyi
tarixәqәdәrki dövrdәn Roma dövrünә qәdәr, demәk olar ki,
heç toxunulmadan qorunub saxlanmışdır. Bütün bu uzun dövr
әrzindә bir-birini әvәzlәyәn nәsillәr hәmin sözdәn istifadә
etmiş vә heç bir rәqib forma onu sıxışdıra bilmәmişdir.
Mәgәr әvvәlki sözün bu cür qorunub saxlanmasında
analogiyanın xidmәti yoxdurmu? Agunt öz sabitliyi üçün hәr
hansı innovasiyadan daha çox analogiyanın fәaliyyәtinә
borc ludur. Agunt sistem çәrçivәsinә daxil edilmiş, dȋcunt
‘deyirlәr’, legunt ‘oxuyurlar’ vә s., elәcә dә agimus ‘hәrәkәt
edirik’, agitis ‘hәrәkәt edirsiniz’ vә s. formalarla әlaqәyә
girmişdir. Hәmin әlaqәlәr olmasaydı, yeni elementlәrdәn
tәşkil olunmuş hansısa bir forma tәrәfindәn sıxışdırılardı.
Öz dövrünü agunt yox, ag-unt yaşamışdır: forma ona görә
dәyişmәmişdir ki, ag- vә -nt başqa cәrgәlәrdә ardıcıl uyğun -
luq tapmışdır. Mәhz aguntla assosiasiya tәşkil edәn forma -
ların bu uyğun cәrgәsi çoxәsrlik hәyat yolu әrzindә onun
toxunulmazlığını saxlamışdır. Hәmçinin müq. et: sex-tus ‘al -
t ın cı’ - istinad etdiyi kompakt cәrgәlәr: bir tәrәfdәn sex ‘altı’,
sex- ägunta ‘altmış’ vә s. ; başqa tәrәfdәn quar- tus ‘dördüncü’,
quin- tus ‘beşinci’ vә s.
Belәliklә, formalar ona görә qorunub saxlanır ki, onlar
fasi lәsiz olaraq analogiya üzrә yenilәşir; söz eyni zamanda
hәm vahid, hәm dә sintaqm kimi dәrk olunur, o vaxta qәdәr
qorunub saxlanır ki, onun tәrkibinә daxil olan elementlәr
dәyişmir. Vә әksinә, onun mövcudluğu üçün tәhlükә o zaman
meydana çıxır ki, onu tәşkil edәn elementlәr istifadәdәn çıxır.
Bilavasitә latıncada dic-itis, fac-itis ә uyğun gәlәn, lakin mü -
asir tәsrifdә artıq dayağı olmayan dites ‘danışırsınız’ vә faites
‘edirsiniz’ fransız formaları ilә nә baş verdiyinә diqqәt
yetirәk: dil onları sıxışdırmağa çalışır, plaisez ‘xoşa gәlirsiniz’
, lisez ‘oxuyursunuz’ vә s. nümunәsi üzrә disez, faisez demәyә
başlayırlar vә hәmin yeni formalar artıq düzәltmә feillәrin
239
çoxunda ümumi işlәklik qazanmışdır (contredisez ‘ziddinә
gedirsiniz’ vә s.).