Page 243 - Ferdinand de Sössür_Layout 1
P. 243
Ümumi dilçilik kursu
sözlәrdә mövcud olan köhnә heç nәyә uyğun gәlmәyәn başqa
hissәlәri dә ehtiva edir: Kar-, escar-cal- . Lakin belә düşünmәk
sәhv olardı ki, hәmin elementlәrdә yenidәn yaranmış,
mövcud hadisә ilә bağlı meydana çıxmış nәsә var; әslindә,
tamamilә әksinәdir: bu, sadәcә, interpretasiyasız kәsimlәrdir,
tәbiri-caizsә, bu, yarıyolda ilişib qalmış xalq etimologiya -
sıdır. Əgәr hesab elәsәk ki -teuer izaholunmaz qalıqdır,
Karfunkel bu cәhәtdәn Abenteuer-dәn fәrqlәnmir, onu homard
ilә dә müqayisә etmәk olar ki, burada hom heç nәyә uyğun
gәlmir.
Belәliklә, xalq etimologiyasının tәhrif etmiş olduğu söz l әr -
dә tәhrifin dәrәcәsi hansısa әhәmiyyәtli dәyişiklik yaratmır,
onların hamısı, heç şübhәsiz, anlaşılmayan formaların mәlum
formalar vasitәsilә izahından başqa bir şey deyil.
Demәli, indi aydındır ki, xalq etimologiyası hansı cәhә -
tiylә analogiyaya uyğun gәlir, nәdә fәrqlәnir.
Hәr iki hadisәnin bircә ümumi cәhәti var: hәr iki halda
di lin tәqdim etdiyi mәnalı elementlәrdәn istifadә edilir, lakin
qa lan şeylәrdә onlar bir-birinin diametral әksidir. Analogiya
hә mi şә әvvәlki formanın unudulmasını nәzәrdә tutur; il trai -
sait analoji formasının әsasında әvvәlki forma il trayait in
tәrkib hissәlәrinә hәr hansı şәkildә bölgüsü iştirak etmir – bu
formanın unudulması hәtta zәruridir ki, onunla rәqabәtә girәn
forma meydana çıxa bilsin. Analogiya onu әvәz edәn işarәnin
substan siyasından heç nә әxz etmir. Əksinә, xalq etimologi -
yası әvvәlki formanın interpretasiyasına gәtirir. Hәmin forma
barәdәki xatirәlәr qarışıq olsa da, onu tәhrif etmәk üçün çıxış
nöqtәsidir. Belәliklә, tәhlilin әsasında bir halda xatırlama,
başqa halda unutma dayanır. Bu, fundamental fәrqdir.
Xalq etimologiyası dildә patoloji hadisәdir vә nadır
hallarda özünü göstәrir, danışanların çәtinliklә mәnimsә dik -
lәri nadir sözlәrә, texniki terminlәrә vә ya başqa dillәrdәn
alınmalara xasdır. Əksinә, analogiya dilin normal funksiya
daşımasına aid ümumi hadisәdir. Bәzi әlamәtlәrinә görә
oxşar olan bu iki hadisә mahiyyәtcә bir-birinә ziddir. Onları 243
ciddi şәkildә fәrqlәndirmәk lazımdır.