Page 245 - Ferdinand de Sössür_Layout 1
P. 245
Ümumi dilçilik kursu
1. Bir neçә elementin bir sintaqmda birlәşmәsi.
2. Aqqlütinasiyanın özü, yәni sintaqm elementlәrin sinte -
zindәn yaranmış hansısa yeni vahid. Hәmin sintez mexaniki
meyil sayәsindә öz-özünә baş verir: tәrkibi anlayış mәnalı
vahidlәrin tamamilә vәrdiş olunmuş sırası ilә ifadә edildikdә
bizim ağlımız, necә deyәrlәr, kәsә yolu seçәrәk tәhlildәn
imtina elәyir vә anlayışı işarәlәrin bütün birlәşmәsi ilә bütöv
әlaqәlәndirmәyә başlayır, bununla da bölünmәz vahidә çev -
rilir.
3. Əvvәlki birlәşmәni vahid sadә sözә daha çox çevril -
mәyә qabil olan bütün başqa dәyişmәlәr: bir neçә vurğunun
bir vurğuyla әvәzlәnmәsi (vėrt - jŭs verjŭs), xüsusi fonetik
dәyişmәlәr vә s.
Belә bir fikir tez-tez söylәnmişdir ki, guya fonetik vә
aksentuasiya dәyişmәlәri (3) anlayış sahәsindә baş verәnlәr -
dәn (2) әvvәl gәlir vә guya semantik sintezi aqqlütinasiya vә
sәs materialının sintezi ilә aydınlaşdırmaq lazımdır. Əslindә
bu, belә deyil: vert jus, tous jours vә s. birlәşmәlәr mәhz ona
görә sadә sözlәrә çevrilir ki, bu birlәşmәlәrdә vahid anlayış
görmәyә başlayırlar; hәmin münasibәt üzvlәrinin yerlәrini
dәyişdirmәk yanlışlıq olardı.
245