Page 248 - Ferdinand de Sössür_Layout 1
P. 248
Ferdinand de Sössür
VIII fәsil
DİAXRONİYADA VAHİD, EYNİLİK VƏ
GERÇƏKLİK ANLAYIŞLARI
Statik dilçilik sinxron cәrgәdә mövcud olan vahidlәrә
әsaslanır. Bizim yuxarıda dediklәrimiz göstәrir ki, diaxron
ardıcıllıqda bir dәfә vә hәmişәlik hüdudlanmış elementlәrlә
qarşılaşmırıq. Bunu aşağıdakı sxem şәklindә tәsvir etmәk
olar:
Əksinә, hәr dәfә bu elementlәrin dildә baş verәn
hadisәlәr nәticәsindә başqa cür paylandığı görünür; buna
görә dә onları aşağıdakı şәkildә tәsvir etmәk daha düzgün
olardı:
Bu, yuxarıda fonetik tәkamül, analogiya, aqqlütinasiya
vә s. fәaliyyәtinin nәticәlәri barәdә dediklәrimizdәn hasil
olur.
248 Bizim gәtirdiyimiz nümunәlәrin, demәk olar ki, hamısı
söz yaradıcılığına aiddir. İndi isә bir nümunә dә sintaksis