Page 237 - Ferdinand de Sössür_Layout 1
P. 237
Ümumi dilçilik kursu
cud luğudur. Lakin latın dilindә somnolentusu succu - lentus
‘şirәli’ nümunәsi üzrә somno- vә -lentus a, daha әvvәl isә vin-
olentus ‘çaxır qoxuyan’ nümunәsi üzrә somn- vә -olentus
‘yuxu qoxulu’ (olöre ‘qoxumaq’dan)-ya bölmüşlәr.
Belәliklә, analogiyanın daha çox hiss edilәn fәaliyyәti –
daimi olmayan, zәiflәmiş әski formaların canlı elementlәrdәn
tәşkil olunmuş yeni, daha düzgün formalarla әvәz olunmasın -
dan ibarәtdir.
Görünür, mәsәlә heç dә hәmişә bu qәdәr sadә deyil: son-
suz sayda tәrәddüdlәr, tәxmini vә natamam bölgülәr dilin
fәaliyyәtinin tәrkib hissәsidir. Heç zaman heç bir dil tam
tәsbit olunmuş vahidlәr sisteminә malik olmamışdır. *Podos-
un hallanması ilә müqayisәdә *ek wos-un hallanması baradә
1
deyilәnlәri xatırlayaq. Bu tәxmini (imparfaites) bölgü bәzәn
dәqiq olmayan analoji törәmәlәrә gәtirib çıxarır. Hind-
Avropa *geus- etai, *gus- tos, *gus- tis formaları geus -: gus
‘dadmaq’ kökünü ayırmağa imkan verir. Lakin yunan dilindә
intervokal s-nın itmәsi ilә geȖomai, geustόs formalarının böl-
güsü mürәkkәblәşir ki, nәticәdә tәrәddüdlәr әmәlә gәlir: gah
geus- , gah da geu- ayrılır; öz növbәsindә analogiya üzrә törә -
mәlәr dә hәmin tәrәddüdlәrin tәsiri altına düşmәyә başlayır.
Vә görürük ki, eu-lu әsaslar öz sonuna bu s-nı necә qәbul
edir; mәsәlәn, pneu-, pneȖma ‘nәfәs’, feildәn düzәlmiş sifәt
pneus- tόs.
Lakin belә tәrәddüdlәr zamanı da analogiya dilә öz tәsi -
rini göstәrir. Bu öz-özlüyündә tәkamül faktı olmasa da, hәr
halda, dil sistemindә baş verәn dәyişmәlәri bütün mәqam -
larda әks etdirir, onları köhnә elementlәrin yeni kombi nasi -
yaları ilә möhkәmlәndirir. Analogiya dilin daxili quruluşunu
fasilәsiz olaraq dәyişәn bütün tәzyiqlәrin işlәmәsindә iştirak
edir. Bu mәnada analogiya tәkamülün güclü amili sayıla
bilәr.
237