Page 232 - Ferdinand de Sössür_Layout 1
P. 232
Ferdinand de Sössür
äctus *ägtos-a gedib çıxır vә saitin uzanması ondan sonra
gәlәn cingiltili samitlәrlә izah edilir. Bu hipotez roman dillәri
ilә tamamilә tәsdiq olunur; spӗsiö ‘baxıram’: spӗstus (spӗsiö
keçmiş zaman feli sifәti) - tӗgö ‘örtürәm’: tȇctus ‘örtülmüş’
ilә birlikdә fransız dilindә dėpit ‘heyifsilәnmә’ (= despӗctus)
vә toit ‘dam örtüyü’ (= tӗctum)-da әks olunur; müqayisә et:
confisiö ‘başa çatdırıram’: confӗstus ‘mükәmmәl’ ( fransızca
confit ‘şәkәrdә bişirilmiş’) - rӗgö ‘idarә edirәm’: rӗctus ‘düz’
, ‘doğru’ (dirӗctus ‘düz’ → fransızca droit ‘düz’) ilә yanaşı.
Lakin *agtos, *tegtos, *regtos-u latın dili hind-Avropadan
(burada, heç şübhәsiz, *ӑktos, *tӗktos vә s. idi) irsәn alma -
mışdır – kar samitlәr qarşısında cingiltililәrin tәlәffü zünün
çәtin liyinә baxmayaraq, tarixәqә dәr ki latında meydana
çıxmışdır. Buradan da mәlum olur ki, әn qәdim latında ag-,
teg- köklәri aydın dәrk edilmişdir. Nәticә etibarilә, latın dili
daşıyıcıları sözün hissәlәrini (köklәr, şәkilçilәr vә s.) vә
onların qarşılıqlı tәsirini dәrk etmәkdә güclü qabiliyyәtә
malik idi. Müasir dillәrdә danışanlar arasında, hәmin hiss,
görünür, az inkişaf etmişdir, bununla belә, almanlarda bu
sәriştә fransızlara nisbәtәn güclüdür.
232