Page 282 - Ferdinand de Sössür_Layout 1
P. 282
Ferdinand de Sössür
şәrti olmaya bilmәz. Bununla belә, bir dildәn o birinә kәskin
keçidlәrlә dә çox tez-tez qarşılaşırıq; bu vәziyyәt nә ilә izah
olunur? Onunla izah olunur ki, gözә çarpmadan keçidlәrin
qorunub saxlanmasına әlverişsiz vәziyyәtlәr mane olmuşdur.
Burada başlıca amil xalqların qarışmasıdır. Əsrlәr boyu
xalqlar ayrı-ayrı sәbәblәrdәn müxtәlif istiqamәtlәrdә hәrәkәt
etmişlәr. Yüzillәr boyu bir-birinin üzәrinә yığılan bu köçlәr
bir dildәn başqa dilә keçid hadisәlәrini tamamilә qarışdırmış,
bir çox yerlәrdә isә bütünlüklә silmişdir. Hind-Avropa dil
ailәsi buna sәciyyәvi misal ola bilәr. Erkәn dövrdә bu dillәr
tamamilә sıx ünsiyyәtdә olub dil sahәlәrinin arasıkәsilmәz
zәncirini yaratmış olmalı idilәr. Onlardan başlıcalarını
ümumi şәkildә hәtta bәrpa edә bilәrik. Slavyan dillәri qrupu
öz әlamәtlәrinә görә İran vә german dillәri ilә kәsişir, bu,
müvafiq qrupların coğrafi paylanması ilә tamamilә uyğun
gәlir. Eyni şәkildә, german qrupuna slavyan vә kelt qrupu
arasında әlaqәlәndirici halqa kimi baxmaq olar ki, bunlardan
sonuncusu italiya qrupu ilә sıx bağlıdır, o isә kelt vә yunan
qrupları arasında ortaq vәziyyәtdәdir. Belәliklә, hәtta bu
dillәrin coğrafi yerlәşmәsindәn xәbәri olmadan belә, dilçi
onlardan hәr birinin mövqeyini başqasına münasibәtdә heç
bir tәrәddüd etmәdәn müәyyәnlәşdirә bilәr. Yeri gәlmişkәn,
elә ki biz iki dil qrupu, mәsәlәn, german vә slavyan dillәri
arasındakı sәrhәdi nәzәrdәn keçirmәyә başlayırıq, dәrhal heç
bir keçid hadisәsi olmadan kәskin sıçrayışla qarşılaşırıq: iki
dil heç dә bir-birinә qarışmır, toqquşur. Bu, aralıq dialektlәrin
itmәsiylә izah edilir. Nә slavyanlar, nә dә germanlar durğun
vәziyyәtdә qalmamış, köç etmiş, bir-birinin әrazilәrini tut -
muşlar: hazırda qonşuluqda olan slavyan vә german xalq ları
ötәn zamanlarda indiki әrazilәrdә yaşamırdılar. Tәsәvvür
edәk ki, italyanlar Kalabiriyadan Fransa sәrhәd lәrinә köç et -
mәli olsaydılar, belә bir yerdәyişmә, şübhәsiz, italyan vә
fransız dillәri arasında yuxarıda qeyd etdiyimiz gözә çarp -
mayan keçidi pozardı.
282
Hind-Avropa dillәri ailәsinin inkişafi çoxlu sayda analoji
faktlarla sәciyyәlәnir.