Page 310 - Ferdinand de Sössür_Layout 1
P. 310
Ferdinand de Sössür
istila yolu ilә qәbul etdirilmişdir? Əlbәttә, biz hansısa millәt
tәrәfindәn onun istilaçılarının dilini könüllü, yaxud zorla
qәbul etmәsi halları ilә tez-tez qarşılaşırıq: romalıların tabe
etdiklәri qallar buna nümunә ola bilәr. Lakin bu hәr şeyi izah
etmir... Mәsәlәn, germanlarla bağlı vәziyyәt: hәtta çox sayda
müxtәlif xalqları özlәrinә tabe etdiklәrini güman etsәk belә,
onlar hәr halda hәmin xalqları tamamilә uda bilmәzdilәr,
bunun üçün heç nә ilә sübut edilmәsi mümkün olmayan
tarixәqәdәrki uzun hakimiyyәti vә başqa vәziyyәtlәri
tәsәvvür etmәk lazım gәlәrdi.
Demәli, qan birliyi ilә dil ümumiliyi arasında, görünür,
zәruri әlaqә yoxdur vә ona görә dә bunların birindәn o biri
haqqında nәticә çıxarmaq olmaz. Belәliklә, antropologiya ilә
dilin göstәricilәrinin uyğun gәlmәdiyi bir çox hallarda nә
onları qarşı-qarşıya qoymağa, nә dә onların arasında seçim
aparmağa zәrurәt yoxdur: hәr biri öz sahәsindә bütün
әhәmiyyәtini qoruyub saxlayır.
310