Page 314 - Ferdinand de Sössür_Layout 1
P. 314
Ferdinand de Sössür
yerlәşmişdir. Hәmçinin, xatırlayaq ki, hәlә Pikteyә qәdәr
Adalbert Kun vә başqaları hindavropalıların mifologiyasını
vә dinini rekonstruksiya etmәk üçün dilçilikdәn istifadә
elәmişlәr.
Bununla belә, bizә elә gәlir ki, dildәn bu cür göstәricilәr
tәlәb etmәk olmaz; dilin bunları verә bilmәyәcәyinin
sәbәblәri, fıkrimizcә, aşağıdakılardır:
hәr şeydәn әvvәl, etimologiyanın inandırıcı olmamasıdır:
tәdricәn aydınlaşmışdır ki, mәnşәyi tam inandırıcı şәkildә
müәyyәnlәşdirilmiş sözlәr çox azdır vә nәticәdә, dilçilәrin
daha ehtiyatlı olması lazım gәlir. Əvvәlki araşdırmaların
cәsarәtliliyinә şәhadәt verәn bir misal göstәrәk: latınca servus
‘qul’ ilә serväre ‘qorumaq’ı yaxınlaşdırırlar, hәrçәnd bunun
üçün elә bir xüsusi әsas yoxdur. Sonra isә hәmin sözlәrdәn
birincisinә “gözәtçi” mәnası verәrәk belә bir nәticә çıxarırlar
ki, qul әvvәlcә ev gözәtçisi olmuşdur. Halbuki heç cür iddia
etmәk olmaz ki, serväre başlanğıcda “qorumaq” mәnasına
malik olmuşdur. Lakin bu hәlә hamısı deyil: sözlәrin mәnası
tәkamül prosesi keçirir; sözlәrin mәnası tez-tez xalqların
yerdәyişmәsi ilә birlikdә dәyişir. Hәmçinin güman edilir ki,
hәr hansı sözün mövcud olmaması ibtidai mәdәniyyәtdә
hәmin sözlә işarәlәnmiş şeyin olmamasının sübutudur, lakin
bu yanlışdır. Mәsәlәn, deyәk ki, “yeri әkmәk” mәnasında söz
Asiyanın hind-Avropa dillәrindә yoxdur; bundan o nәticә
çıxmır ki, başlanğıcda orada әkinçilik mәlum deyilmiş: ola
bilsin ki, o, hәmin xalqlar tәrәfindәn sonralar dayandırılmış,
yaxud başqa üsullarla hәyata keçirildiyinә görә başqa
sözlәrlә ifadә olunmuşdur.
Etimologiyanın inandırıcılığının qarşısını alan üçüncü
amil alınmaların mümkünlüyüdür. Xalqın mәişәtinә daxil
olan şeylәrin ardınca onun dilinә başqa dildәn hәmin şeylәri
işarәlәmәk üçün sözlәr daxil ola bilәr; deyәk ki, yonca Aralıq
dәnizi hövzәsindә yalnız tamamilә son zamanlar, Şimal
ölkәlәrindә isә bundan da gec mәlum olmuşdur. Vә hәr dәfә
314 yoncanın adı hәmin bitkinin özü ilә birlikdә alınmışdır. Çox
halda dildәnkәnar mәlumatların mövcud olmaması müәy -