Page 318 - Ferdinand de Sössür_Layout 1
P. 318
Ferdinand de Sössür
cür sözlәr alman dilindә var; müqayisә et: Bethaus ‘ibadәt
evi’ , Springbrunnen ‘fontan’ vә s. Mәgәr bu o demәkdirmi ki,
ger manlar öz tarixlәrinin müәyyәn mәqamında әcdad ların -
dan әxz etdiklәri tәfәkkür moduslarından birini şәkilcә
dәyişmişlәr? Gördüyümüz kimi, hәmin yenilik öz mәnşәyinә
görә yalnız maddi deyil, hәm dә mәnfi sәciyyәli tәsadüfә
borcludur: mәsәlәn, betahüs-da a sәsinin duşmәsi. Hәr şey
işarәlәrin maddi vәziyyәti ilә tәqdim olunan yeganә yola
tәfәkkürü zorla itәlәyib salan sәs dәyişmәlәri sferasında
şüurun fәaliyyәtindәn asılı olmayaraq baş vermişdir. Bütöv
bir sıra uyğun müşahidәlәr bizi buna inandırır. Bu vә ya digәr
dil qrupunun psixoloji sәciyyәsi bir saitin itmәsi, yaxud
vurğunun yerini dәyişmәsi kimi faktlarla, yaxud da analoji
hadisәlәrlә müqayisәdә az әhәmiyyәtlidir: sonuncular hәr bir
mәqamda dilin istәnilәn formalarında işarә ilә anlayış
arasındakı qarşılıqlı әlaqәlәri çevirmәyә qadirdir.
Dillәrin (hәm tarixәn mәlum, hәm dә elmi olaraq
rekonstruksiya edilmiş) qrammatik tiplәrinin müәyyәnlәşdi -
rilmәsi vә fikrin ifadәsi üçün istifadә etdiyi üsullardan asılı
olaraq onların tәsnifatı maraqsız mәsәlә deyil, lakin hәmin
müәyyәnlәşdirmә vә tәsnifatdan hansısa dil hüdudundan
kәnarda olanlar barәsindә qәti nәticәyә gәlmәk olmaz.
318