Page 320 - Ferdinand de Sössür_Layout 1
P. 320
Ferdinand de Sössür
geniş imkan; istisnasız dәrәcәdә zәngin ad vә feil fleksiyası;
fleksiyanın kömәyi ilә dәyişәn vә bütün tәyinatını özündә
cәmlәşdirәn ayrıca sözün cümlәdә muxtariyyәti; bunun da
nәticәsindә determinatın vә ya relyativ mәnalı (feil önlüklәri,
ön şәkilçilәr vә s.) kömәkçi (qrammatik) sözlәrin sayca
azlığına görә konstruksiyaların böyük sәrbәstliyi.
İnanmaq çәtin deyil ki, bu elementlәrdәn heç biri hind-
Avropa dillәrinin heç birindә bütöv halında tam qorunub
saxlanmamışdır: hәmin әlamәtlәrdәn bәzilәrinә, mәsәlәn,
kәmiyyәt ritmi vә musiqili vurğunun roluna hәmin dillәrin
heç birindә, ümumiyyәtlә, tәsadüf olunmur; ingilis, ermәni,
irland vә bir sıra digәr dillәr öz ilkin hind-Avropa sәciyyәsini
o dәrәcәdә dәyişmişdir ki, tamamilә başqa dil tipinin
nümayәndәlәri tәsәvvürü yaradırlar.
Bizim daha çox әsaslarla hansısa müxtәlif dil ailәlәrinә
xas olan çox vә ya az ümumi törәmә proseslәr barәdә danış -
maq ixtiyarımız var. Deyәk ki, sözdәyişdiricilik mexaniz -
minin yuxarıda göstәrdiyimiz şәkildә tәdricәn zәiflәmәsinә
bütün hind-Avropa dillәrindә rast gәlinir, bununla yanaşı,
onlar әmәlli-başlı fәrqlәr nümayiş etdirirlәr: sözdәyişdiricilik
daha çox slavyan dillәrindә qorunub saxlanmış, ingilis
dilindә isә, demәk olar ki, yoxa çıxmışdır. Fleksiyanın bu cür
sadәlәşmәsi ilә kifayәt qәdәr ümumi sәciyyәli başqa bir
hadisәni әlaqәlәndirmәk lazım gәlir: bu, cümlәdә element -
lәrin çox vә ya az dәrәcәdә sabit sıralanmasıdır; hәmçinin
mәnanın sintaktik ifadә üsullarının analitik üsullarla
sıxışdırılmasıdır ki, bunun da nәticәsindә halların mәnaları
önlüklәrlә verilir, feil formaları kömәkçi feillәrin yardımı ilә
yaradılır vә s.
Gördüyümüz kimi, prototipin bu vә ya digәr xüsusiyyәti
ona bağlanan bu vә ya digәr dildә mövcud olmaya bilәr; lakin
bunun әksi dә doğrudur: ailәnin bütün nümayәndәlәrinә xas
olan ümumi cәhәtlәrә uludildә rast gәlinmәmәsi tәsadüfi hal
deyil – saitlәr ahәngi, yәni şәkilçidәki bütün saitlәrin kökün
320
son saitinә keyfiyyәtcә assimilyasiya olunması buna nümunә