Page 316 - Ferdinand de Sössür_Layout 1
P. 316
Ferdinand de Sössür
edilәn bu hadisә dominus sözünün şәkilçisinә bütün dәyәr -
liliyini vә sәciyyәviliyini verir. Bu baxımdan bir neçә german
sözü, fikrimizcә, әsl tapıntıdır:
1.*ḃeuḋa-na-z ‘başçı *ḃeuḋό yәni “kral”, qotca ḃiudans,
әski saksonca thiodan ( *ḃeuḋo = qotca ḃiuda = oskca touto
‘xalq’);
2.*druχti-na-z (qismәn *druχü-na-r a dәyişmişdir) ‘başçı
duχ- ti-z’ ‘dәstәnin başçısı’ – “Allah”ın xristian ifadәsi
buradandır; müqayisә et: qәdim skandinavca Drόttinn,
anqlosaksonca Dryhten – hәr ikisinin sonunda -ȋna-z gәlir;
3.*kindi-na-z ‘başçı *kindi-z’ (= latınca gens), yәni
“qәbilә”, gens ‘qәbilә’ başçısı *ḃeuḋö ‘xalq’ başçısına
münasibәtdә vitse-kral kimi bir şey olduğundan kindins
(başqa dillәrdә tamamilә itmişdir) german termini Ulfıl
tәrәfindәn әyalәtin Roma qubernatorunu bildirmәk üçün
istifadә edilmişdir, ona görә ki, imperatorun canişini, ger -
manların tәsәvvürünә görә, tayfa başçısının ḃiudans ‘kral’a
münasibәtinin eynidir. Terminlәrin tarixi baxımdan hәmin
uyuşması nә qәdәr maraqlı olsa da, Roma şәraitinә yad
kindins sözü german tayfalarının kindi-z-lәrә bölünmәsini
xәbәr verir.
Belәliklә, görürük ki, ikinci dәrәcәli -no- sözdüzәldici
son şәkilçisi istәnilәn german söz әsasına birlәşәrәk ona “bu
vә ya digәr sosial qrupun başçısı” mәnasını verir. Yalnız onu
tәsbit etmәk qalır ki, bu halda ḃiudans “ḃiuda ‘xalq’ başçısı”
mәnasını bildirdiyi kimi, latınca tribünus hәrfi mәnada
“tribus”, yәni “trubalar” başçısı demәkdır. Vә nәhayәt, domi-
nus tamamilә eyni şәkildә “domus başçısı” mәnasındadır ki,
bu da domus touta vә ya ḃiuda-nın – “xalq”ın әn kiçik
hissәsidir. Dominus özünün әcaib şәkilçisi ilә bizә yalnız dil
ümumiliyinin deyil, italyanların etnizmi ilә germanların
etnizmi arasında sosial tәsisatlardakı ümumiliyin dә danılmaz
sübutunu tәqdim edir.
Lakin bir daha xatırlatmalıyıq ki, dillәrin tutuşdurulması
316
nadir hallarda bu qәdәr sәciyyәvi araşdırmalara gәtirib
çıxarır.