Page 326 - Ferdinand de Sössür_Layout 1
P. 326
Ferdinand de Sössür
çәkisi olan “Ümumi dilçilik kursu әlyazma mәnbәlәri” әsәri
bu sahәdә çox mәsәlәlәrә aydınlıq gәtirdi. Qodel bütün
mühazirә mәtnlәrini bir-bir araşdıraraq maraqlı bir qәnaәt irәli
sürür: Sössürün fikri kimi verilәn vә müasir dilçilikdә böyük
rezonansa sәbәb olan “dilçiliyin yeganә vә xalis obyekti
dildir...” mülahizәsi heç bir mühazirә mәtnindә yoxdur vә ehti-
mal etmәk olar ki, bu fikir “Kurs”u çapa hazırlayanların
әlavәsidir. Bu mülahizәnin ardınca vә haqlı etiraza sәbәb olan,
Sössürün adına çıxılan diaxron dilçiliyin inikası fikri dә
havada asılı qalır.
1996-cı ildә Sössürün ailәsinin İsveçrәdәki evindә onun
öz әliylә yazdığı şәxsi qeydlәri aşkar olunmuşdur. Bu
qeydlәrdәn aydın olur ki, o, ümumi dilçilik mәsәlәlәrinә hәsr
olunmuş monoqrafiya yazmaq fikrindәymiş. Hәmin qeydlәrdә
Sössürün A.Meye vә tәlәbәsi L.Qotye ilә söhbәtlәrindәn
mәlum olur ki, “Dilin ikili mahiyyәti” adlı bir kitab yazıb,
özünün dilçilik ideyalarına yekun vuracaqmış.
Sössürün irsi ilә mәşğul olan vә indi dә fәaliyyәt göstәrәn
dәrnәk “F.de Sössürün dәftәrlәri” adlı mәcmuәdә vaxtaşırı
Sössürün dәrc olunmamış әlyazmalarını, onun haqqında
maraqlı araşdırmaları çap edir.
Dünya dilçiliyinin yeni vә modern istiqamәtdә inkişafını
şәrtlәndirәn, onu yeni nәzәri ideyalarla yüksәk zirvәyә
qaldıran Sössürә sevgimizi, “Ümumi dilçilik kursu” әsәrinә
sayğımızı ifadә etmәk, әsәrin 100 illik yubileyini Azәrbaycan
oxucusuna xatırlatmaq mәqsәdilә bu kiçik qeydlәrimizi
“Ümumi dilçilik kursu” әsәrinin Azәrbaycan dilinә
tәrcümәsinin ikinci nәşrinә әlavә edirik.
***
Ferdinand-Monjen de Sössür 1857-ci ildә, noyabr ayının
26-da Cenevrәdә dünyaya gәlmişdir. Onun әslәn Sössür-
Mozelotadan olan ailәsi XVI әsrdә Lotaringiyanı tәrk edәrәk
İsveçrәyә üz tutmuş, Cenevrәdә mәskunlaşmışdı.
326
F.de Sössürün mәnsub olduğu nәsildә elmә, mәdәniyyәtә
böyük maraq var idi.