Page 225 - Ferdinand de Sössür_Layout 1
P. 225
Ümumi dilçilik kursu
§2. Analogiya hadisәsi dәyişmә deyil
İlk dilçilәr analogiya yolu ilә yaranmanın tәbiәtini başa
düşmәdiklәrinә görә onu “yalan analogiya” adlandırmışlar.
On lar hesab etmişlәr ki, “honös” yerinә honor “şәrәf” for -
masını gәtirmәklә latın dili “sәhv etmişdir”. Faydadan hәr
hansı kәnaraçıxmanı onlar qeyri-düzgün, ideal formanın
pozulması hesab etmişlәr. Öz dövrlәri üçün sәciyyәvi olan
illüziyaya qapılaraq dilin ilkin vәziyyәtinә nә isә ali vә
mükәmmәl bir şey kimi baxmış, hәtta özlәrinә belә bir sual
da vermәmişlәr ki, hәmin vәziyyәtdәn hansısa daha qәdim
bir vәziyyәt mövcud olmamışdırmı? Bu baxımdan әvvәlki
qaydanın hәr cür pozulması anomaliya sayılmışdır. Analogi -
yanın hәqiqi rolunu ilk dәfә gәnc qrammatiklәr müәyyәn -
lәşdirәrәk fonetik dәyişmәlәrlә yanaşı, dilin tәkamülünün
güclü amil olduğunu, onun sayәsindә dilin bir quruluşdan
(ėtat d’ organisation) digәrinә keçdiyini irәli sürmüşlәr.
Analogiyanın tәbiәti necәdir? Adәtәn çoxlarının düşün -
düklәri kimi dәyiş mә dir mi?
Hәr bir analogiya faktı elә bir hadisәdir ki, burada üç işti -
rakçı olur: 1) әnәnәvi qanuni, irsi tip (mәsәlәn, honös); 2)
kon kurent (honor); 3) hәmin konkurenti doğurmuş formaların
ya ratdığı kollektiv personaj (honörem, örätor, örätörem vә s.),
honor-a bu şәraitdә honös-un modifikasiyası, “metaplazma”sı
ki mi baxmaq meyli meydana çıxır; honor sanki öz substan -
siya sının böyük bir hissәsini honos-dan alır. Halbuki honor-un
törәnmәsindә yeganә iştirak etmәyәn mәhz honös formasıdır!
Bütün bunları belә bir sxem şәklindә tәsvir etmәk olar:
225