Page 221 - Ferdinand de Sössür_Layout 1
P. 221
Ümumi dilçilik kursu
§6. Əvәzlәnmә vә qrammatik әlaqә
Artıq gördüyümüz kimi, fonetik tәkamül sözlәrin
formasını dәyişәrәk onları birlәşdirәn qrammatik әlaqәlәri
qırır. Lakin bu yalnız maison ‘ev’: mėnage ‘tәsәrrüfat’, Teil
‘hissә’: Drittel ‘üçdәn bir’ vә s. kimi tәcrid olunmuş cütlәrә
müna sibәtdә belәdir. Əvәzlәnmәlәrlә әlaqәdar mәsәlә
tamamilә başqa cürdür.
Hәr şeydәn әvvәl, aydındır ki, iki elementin hәr hansı az-
çox ardıcıl sәs qarşılaşması onların arasında әlaqә qurul -
masına tәsir edir. Wetter ‘hava’ instinktiv olaraq wittom ‘hiss
etmәk’ ilә yaxınlaşır, belә ki, e-nin i ilә әvәzlәnmәsi adi
şeydir. Elә ki danışanlar verilmiş sәs qarşılaşmasının ümumi
qanunlarla nizama salındığını dәrk edirlәr, onda daha çox
әsas var ki, vәrdiş olunmuş hәmin uyğunluqlar onların
diqqәtini çәksin, bununla da möhkәmlәnmәk imkanı әldә
etsin, nәinki qrammatik әlaqәnin zәiflәmәsinә gәtirib
çıxarsın. Buna görә dә alman ablautu әsasların vәhdәtini dәrk
etmәyi yalnız onların müxtәlif saitlәrә dayanan variantları
vasitәsilә nәzәrә çarpdırır.
Eyni şey ancaq fonetik olaraq şәrtlәnәn, mәna daşımayan
әvәzlәnmәlәrә dә aiddir. Fransız ön şәkilçisi re- (reprendre
‘yenidәn gәtirmәk’, regagner ‘yenidәn almaq’, retoucher
‘yenidәn toxunmaq’ vә s.) sait qarşısında ixtisar olunaraq r-
ya çevrilir (rouvrir ‘yenidәn açmaq’, racheter ‘yenidәn satın
almaq’ vә s.), eynilә in- önşәkilçisi özünün yazı mәnşәli
olmasına baxmayaraq tamamilә canlı şәkildә hәmin şәrait -
lәrdә iki müxtәlif formada tәzahür edir : e- (inconnu ‘mәlum
olmayan’, indigne ‘layiq olmayan’ invertėbrė ‘onur ğasız’ vә
s.) vә in- (inavouable ‘utanılmalı’ = ‘etiraf olun mayan’ inutile
‘yararsız’, inesthėtique ‘estetik olmayan’ vә s.). Bu cür fәrqlәr
mәna vәhdәtini qәtiyyәn aradan qaldırmır, belә ki, mәna ilә
funksiya eyni hadisә kimi qavranılır, bu vә ya digәr formadan
istifadә isә dildә ciddi şәkildә tәsbit olunur.
221