Page 219 - Ferdinand de Sössür_Layout 1
P. 219
Ümumi dilçilik kursu
Görürük ki, әvәzlәnmә adәtәn dilin bәzi әlaqәdar
elementlәri arasında mütәmadi olaraq bölünür (est distribuee)
vә funksiya, kateqoriya, determinasiya xәtti üzrә әhәmiyyәtli
qarşılaşmalarla uyğun gәlir. Odur ki, әvәzlәnmәnin
qrammatik qanunları barәdә danışmaq olar, lakin hәmin
qanunlar onları doğuran fonetik faktların tәsadüfi nәticә -
sindәn başqa bir şey deyil. Bu sonuncular әhәmiyyәtliliyinә
görә qarşılaşdırılmış dil elementlәrinın iki sırası arasında
ardıcıl sәs qarşılaşması yaradır: şüur hәmin maddi fәrqi onu
dәyәrli etmәk, anlayışların fәrqlәndirilmәsi ilә әlaqәlәn -
dirmәk mәqsәdi ilә qavrayır. Bütün digәr sinxron qanunlar
kimi әvәzlәnmәnin qrammatik qanunları da mәcburedici
qüvvәsi olmayan qarşılıqlı münasibәtlәrin yalnız başlanğıc
nöqtәsidir (principes de disposition). Belәliklә, belә demәk
doğru deyil ki (ancaq çox zaman belә deyirlәr), Nacht ‘gecә’-
dәki a cәm halda ä-yә çevrilir : Nächte – bunun nәticәsindә
belә bir yanlış tәsәvvür yaranır ki, guya hansısa imperativ
başlanğıcın tәzyiqi altında bir element digәrinә çevrilir.
Əslindә isә, biz fonetik tәkamül nәticәsindә meydana çıxan
sadә forma qarşılaşdırılması ilә rastlaşırıq. Tamamilә
doğrudur ki, irәlidә barәsindә geniş danışacağımız analogiya
eyni sәs müxtәlifliyini tәqdim edәn yeni cütlәr yaratmağa
qabildir (müqayisә et: Gast ‘qonaq’: Gäste ‘qonaqlar’a uyğun
olaraq Kranz ‘әklil’: Kränze ‘әklillәr’ vә s.) . Belә bir tәәssürat
yaranır ki, guya qanun müәyyәnlәşmiş әnәnәni dәyişmәk
üçün kifayәt qәdәr imperativ qayda kimi tәtbiq edilir. Lakin
unutmaq olmaz ki, dildәki bütün bu permutasiyalar hәmişә
әks istiqamәtdә fәaliyyәt göstәrәn analoji tәsirlәr altına düşә
bilәr. Bizim müәyyәnlәşdirdiyimiz sınxron qanuna tamamilә
uyğun gәlәn bu cür qaydaların bütün dәyişkәnliyini göstәr -
mәk üçün dediklәrimiz kifayәtdir.
Elә hallar olur ki, әvәzlәnmәni törәdәn fonetik şәrait üzdә
olur. Deyәk ki, qәdim yuxarı almancada barәsindә bәhs etdi -
yimiz cütlәr aşağıdakı formada olmuşdur: geban ‘vermәk’:
219
gibit ‘verir’, feld ‘sahә’: gafildi ‘zәmi’ vә s. Bu dövrdә әsasın