Page 218 - Ferdinand de Sössür_Layout 1
P. 218
Ferdinand de Sössür
daha da әyanilәşdirmişdir. Əvәzlәnmәni fonetik hadisә zәnn
etmәklә dilçilәrin çoxu indiyәcәn sәhvә yol verir, ona
әsaslanırlar ki, әvәzlәnmәnin materialı sәsdir, onun mәn -
şәyindә dә sәslәrin dәyişmәsi dayanır. Əslindә isә, әvәz -
lәnmә hәm başlanğıcda, hәm dә son vәziyyәtindә hәmişә
qrammatika vә sinxroniyaya mәxsusdur.
§5. Əvәzlәnmә qanunları
Əvәzlәnmәlәri müәyyәn qanunlara bağlamaq olarmı vә
bunlar hansı qanunlardır?
Müasir alman dilindә çox tez-tez rastlaşdığımız e : i
әvәzlәnmәsini araşdıraq; nizama salmadan qarışıq şәkildә
bütün hallarına baxaq: geben ‘vermәk’: gibt ‘verir’, Feld
‘sahә’: Gefılde ‘sahә’, ‘zәmi’, Wetter ‘hava’: wittem ‘hәbs
etmәk’, helfen ‘kömәk etmәk’: Hilfe ‘kömәk’, sehen ‘görmәk’:
Sicht ‘görünüş’ vә s. – biz buradan heç bir ümumi prinsip
formalaşdıra bilmәrik. Lakin bunlardan geben : gibt cütlüyünü
ayırıb schelten ‘danlamaq’; schilt ‘danlayır’, helfen ‘kömәk
etmәk’: hilft ‘kömәk edir’, nehmen ‘almaq’: nimmt ‘alır’ vә s.
müqayisә etsәk, hәmin әvәzlәnmә ilә zamana, şәxsә vә s.
görә fәrqlәndirilmә arasında uyğunluq görәcәyik. Lang
‘uzun’: Länge ‘uzunluq’, stark ‘güclü’: Stäme ‘güc’, hart
‘möhkәm’: Närte ‘möhkәmlik’ vә s.-dәki a : e qarşıdurması
sifәtlәrdәn isim düzәldilmәsi, Hand ‘әl’: Hände ‘әllәr’, Gast
‘qonaq’: Gäste ‘qonaqlar’ vә s. isә cәm halın yaranması ilә
bağlıdır. Vә bütün bu çox sayda halları germanistlәr ablaut
adı altında birlәşdirirlәr (hәmçinin müqayisә et: fınden
‘tapmaq’: Fund ‘tapıntı’, binden ‘bağlamaq’: band ‘bağladı’
vә binden ‘bağlamaq’: Bund ‘bağlama’; Schiessen ‘güllә -
lәmәk’: schoss ‘güllәlәdi’: Schuss ‘güllә’; JIiessen ‘axıntı’:
floss ‘axır’: Fluss ‘axın’ vә s.). Ablaut, başqa sözlә, kökün
saitlәrinin qrammatik qarşılaşmaya uyğun olaraq dәyişmәsi
218 әvәzlәnmәyә uğurlu nümunә ola bilәr: bu, әvәzlәnmә
hadisәsindәn bütövlükdә heç bir xüsusiyyәti ilә fәrqlәnmir.