Page 223 - Ferdinand de Sössür_Layout 1
P. 223
Ümumi dilçilik kursu
tarazlaşdıraraq, yenidәn formaları birlәşdirir, ardıcıllığı bәrpa
edir (honor : honörem).
Uzun zaman fransız dilindә il preuve ‘o sübut edir’, nous
prouvons ‘biz sübut edirik’, ils preuvent ‘onlar sübut edirlәr’
demişlәr. İndi isә il prouve, ils prouvent deyirlәr, yәni fonetik
baxımdan izahı olmayan formanı işlәdirlәr, il aime ‘o sevir’
latınca amat-a gedib çıxır, halbuki nous aimons ‘biz sevirik’
özünü amons әvәzindә analoji yaranma olaraq tәqdim edir,
eynilә dә aimable ‘iltifatlı’ yerinә amable demәk olardı. Yunan
dilindә s iki sait arasında itmişdir : - eso- - eo- ya çevrilmişdir
(müqayisә et: *genesos yerinә gėneos ‘cins’). Yeri gәlmişkәn,
hәmin intervokal s-ya bütün feillәrin gәlәcәk zamanında vә
aoristdә rast gәlinir: gәlәcәk zaman lüsö, aorist ėlüsa ( lόö
‘açmaq’dan) vә s. S-nın düşdüyü gәlәcәk zaman tȖpsö, aorist
ėtupsa (tȖptö ‘vurmaq’dan) tipli formalarla analogiya
göstәrilәn feillәrin gәlәcәk zaman vә aorist formalarında s-
nı qoruyub saxlamışdır. Alman dilindә Gast ‘qonaq’: Gäste
‘qonağı’, Balg ‘dәri’: Bälge ‘dәrilәr’ vә s. kimi hallarda biz
fonetik hadisәlәrlә rastlaşırıq, halbuki Kranz ‘әklil’: Kränze
‘әklillәr’ ( әvvәlcә kranz : kranza), Hals ‘boyun’: Hälse
‘boyunlar’ ( әvvәlcә halsa) vә s. hadisәlәri öz mәnşәlәri
etibarilә tәqlidin nәticәsidir.
Analogiya ciddi ardıcıllıq istiqamәtindә fәaliyyәt
göstәrәrәk söz yaradıcılığı vә sözdәyişdirmә üsullarını
sadәlәşdirmәyә çalışır. Lakin onun da öz kaprizi var: Kranz
‘әklil’: Kränze ‘әklillәr’ vә s. ilә yanaşı, bu vә ya digәr
sәbәbdәn analogiyanın fәaliyyәtinә qarşı duran Tag ‘gün’:
Tage ‘günlәr’, Salz ‘duz’: Salze ‘duzlar’ vә s. dә var. Belәliklә,
әvvәlcәdәn demәk olmaz ki, nümunәni tәqlid hansı hüdudda
yayılır vә başqalarının düzlәnәcәyi tiplәr nәdәn ibarәtdir.
Deyәk ki, heç dә hәmişә analogiya zamanı tәqlid nümunәsi
kimi çoxsaylı formalar çıxış etmir. Yunan perfektindә
pėpheuga ‘qaçdım’, pėpheugas ‘qaçdın’, pephėugamen ‘qaçdıq’
vә s. mәlum növü ilә yanaşı, bütün orta növ a-sız tәsrif
223
olunur: Pėphugmai ‘qaçdım’, pephȖgmentha ‘qaçdıq’ vә s. Vә