Page 226 - Ferdinand de Sössür_Layout 1
P. 226
Ferdinand de Sössür
Gördüyümüz kimi, hәr şey “paraplazma”ya, rәqibin
әnәnәvi formalarla yanaşı işlәdilmәsinә – bir sözlә, yeni
yaranan formaya aparıb çıxarır. Bu zaman fonetik dәyişiklik
әvvәlki vәziyyәti lәğv etmәdәn (honösem forması honörem lә
әvәzlәnir) heç bir yeni şey irәli sürmәdiyi kimi analogiya ilә
yaranma әvvәlki, әvәzedici formanın mütlәq itmәsi ilә bağlı
olmur. Honor vә honös müәyyәn zaman әrzindә birgә mövcud
olub bir-birlәrini әvәz edә bilmişdir. Lakin bir anlayış üçün
dilә iki işarәlәyәn xas olmadığına görә, adәtәn ilkin forma,
fәal olmadığından, әvvәl az işlәnir, sonra isә tamamilә itir.
Bax elә bu, nәticәdә dәyişmә tәәssüratı yaradır. Analogiya
ilә yaranma tәzahür edәr-etmәz, adama elә gәlir ki, әvvәlki
vәziyyәt (honös : honörem) ilә yeni vәziyyәtin (honor :
honörem) yaratdığı qarşılaşma fonetik tәkamül nәticәsindә
meydana çıxa bilәr. Halbuki honor-un meydana çıxdığı
mәqamda hәlә heç nә dәyişilmir, belә ki, hәmin forma heç
nәyi әvәz etmir; Honös-un itmәsi dә dәyişmә deyil, çünki bu
hadisә birincidәn asılı olmur. Dil hadisәlәrinin hәrәkәtini
izlәmәyin mövcud olduğu hәr yerdә analogiya ilә yaranma
vә әvvәlki formanın itmәsi iki müstәqil hadisәdir. Vә burada
heç bir dәyişiklikdәn söhbәt gedә bilmәz.
Belәliklә, analogiyanı heç dә bir formanın başqa forma
ilә әvәz olunması sәciyyәlәndirmir: bu öz tәsdiqini onda da
tapır ki, yeni forma bütövlükdә ümumәn heç nәyi әvәz etmir.
Alman dilindә konkret mәnalı istәnilәn isimdәn -chen vasitәsi
ilә kiçiltmә bildirәn ad yaratmaq olar. Əgәr alman dilindә
Elefantchen ‘fil balası’ (Elefant ‘fil’dәn) forması meydana
çıxmışsa, әvvәl mövcud olan heç nәyi әvәz etmәmişdir.
Belәliklә, fransız dilindә pension ‘tәqaüd’: pensionnaire
‘tәqaüdçü’, rėaction ‘ reaksiya’ rėactionnaire ‘reaksioner’ vә
s. nümunәsi ilә interventionnaire ‘intervensiya tәrәfdarı’,
rėpressionnaire ‘repressiya tәrәfdarı’ kimi sözlәr yaratmaq
olar. Tamamilә aydındır ki, biz burada honor-un әmәlә
gәlmәsi prosesinә oxşar proseslә qarşılaşırıq; onların hәr ikisi
226
bir formulda birlәşir: