Page 213 - Ferdinand de Sössür_Layout 1
P. 213
Ümumi dilçilik kursu
*pod-ai, yerlik hal tәk *pod-i, adlıq hal cәm *pod-es, tәsirlik
hal cәm pod-ns vә s.; ilkin dövrdә *ek wo-s da eynilә bu cür
1
hallanmışdır: adlıq hal tәk *ek wo-s, tәsirlik hal tәk *ek wo-
1
1
m, yönlük hal tәk *ek wo-ai, yerlik hal tәk *ek wo-i, adlıq hal
1
1
cәm ek wo-es, tәsirlik hal cәm *ek wo-ns vә s. Hәmin dövrdә
1
1
*ek wo- әsası *pod- kimi olduqca asan ayrılmışdır. Lakin
1
sonra saitlәrin birlәşmәsi vәziyyәti dәyişdirmiş vә bu cür
olmuşdur: yönlük hal tәk *ek wŏi; yerlik hal tәk *ek woi,
1
1
adlıq hal cәm *ek wös. Hәmin dövrdәn başlayaraq *ek wo öz
1
1
şәffaflığını vә әsasa görә bölünmә imkanını itirmiş, fleksiyası
çәtinlәşmişdir. Daha sonrakı dövrlәrdә baş vermiş dәyiş -
mәlәr, mәsәlәn, tәsirlik halda şәkilçilәrin diferensiasiyası,
әvvәlki vәziyyәtin son әlamәtlәrini dә silib atmışdır. Kse -
nofontun müasirlәri, görünür, elә düşünüblәr ki, sözün әsası
hipp-dir, şәkilçi saitlә başlayır (hȋpp-os vә s.). Belәliklә,
*ek wo-s, *pod-s tiplәri tamamilә ayrılmışdır. Sözdәyişdirmә
1
sahәsindә, elәcә dә mәnalı elementlәrә parçalanmanı
çәtinlәşdirәn başqa hallarda hәr şey qrammatik әlaqәlәri
zәiflәtmәyә xidmәt edir.
213