Page 212 - Ferdinand de Sössür_Layout 1
P. 212
Ferdinand de Sössür
§2. Sözün mürәkkәb quruluşunun itmәsi
Fonetik dәyişmәlәrin bir qrammatik nәticәsi dә ondan
ibarәtdir ki, sözün ayrı-ayrı mәnalı hissәlәri müstәqilliyini
itirir: söz bölünmәz bütövә çevrilir. Misallar: fransızca
ennemi ‘düşmәn’ (müqayisә et: latınca in-iniȊcus ‘dost
olmayan’ – amȊcus ‘dost ’), latınca perdere ‘mәhv etmәk’
(müqayisә et: daha qәdim per-dare – dare ‘vermәk’) , amiciŏ
‘bürünürәm’ (*ambjaciŏ yerinә – jaciŏ ‘atıram, qoyuram’),
almanca Drittel ‘üçdәn bir’ ( drit- teil ‘üçüncü hissә’ yerinә –
teil ‘hissә’).
Gördük ki, oxşar hallar bundan әvvәlki paraqrafda nәzәr -
dәn keçirilmişdir. Mәsәlәn, әgәr Drittel bölünmürsә, bu o
demәkdir ki, hәmin sözü drit- teil kimi artıq teil ilә yaxın -
laşdırmaq olmaz.
Teil - dritteil Teil // Drittel
formulu
mansiŏ - mansiŏnӑticus maison // mėnage
formuluna tamamilә uyğundur.
Hәmçinin müqayisә et: decem- undecim, lakin dix // onze.
Epiqrafik abidәlәrin şәhadәtinә görә, klassik latının hon-
ce, han-ce, hӑ-ce-yә gedib çıxan sadә formaları hunc ‘bunu’
(“bu” kişi cinsi әvәzliyinin tәsirlik hal forması), hans ‘bunu’
(“bu” orta cins әvәzliyinin tәsirlik hal forması ), hӑc ‘burada’
vә s. әvәzliyin -ce әdatı ilә aqqlütinasiyası nәticәsindә yaran -
mışdır. Əvvәl hon-ce vә s.-ec -ce ilә yaxınlaşdırmaq olardı,
lakin -e-nin fonetik düşümü nәticәsindә bu müm kün süz oldu,
belәliklә, hunc, hanc, hӑc vә s.-in tәrkib elementlәrinin fәrq -
lәn mәsi aradan qalxdı. Fonetik tәkamül mәnalı elementlәrin
ayrılmasını tamamilә mümkünsüz etmәk üçün әvvәlcә hәmin
ayrılmanı az vә ya çox dәrәcәdә çәtinlәşdirmәkdәn başlayır.
Buna örnәk hind-Avropa hallanmasıdır.
212 Hind-Avropa dilindә *pods ismi bu cür hallanmışdır:
adlıq hal tәk *pod-s, tәsirlik hal tәk *pod-m, yönlük hal tәk