Page 208 - Ferdinand de Sössür_Layout 1
P. 208
Ferdinand de Sössür
§5. Fonetik dәyişmәlәrin tәsirinin
hüdudsuzluğu
Əgәr kimsә bu vә ya digәr fonetik dәyişmәnin tәsirini
aydınlaşdırmaq istәyirsә, asanca әmin olacaq ki, onlar qeyri-
mәhdud vә saysız-hesabsızdır; başqa sözlә, әvvәlcәdәn
görmәk mümkün deyil ki, onlar harada sona çatacaq. Düşün -
mәk sadәlövhlük olardı ki, söz öz şәklini yalnız müәyyәn
hәddә qәdәr dәyişә bilәr, guya sözdә onu sonrakı dәyiş mә -
lәrdәn qoruyan nә isә var. Fonetik dәyişmәlәrin hәmin xüsu -
siyyәti mәna ilә heç bir әlaqәsi olmayan işarәnin sәrbәstliyi
ilә şәrtlәnir.
Hәr bir konkret mәqamda hansısa sözün sәslәrinin hansı
miqyasda öz şәklini dәyişdiyini müәyyәn etmәk olar, lakin
әvvәldәn bilmәk olmaz ki, bu söz nә dәrәcәdә dәyişib vә ya
dәyişәcәkdir.
Hind-Avropa sözü *aiwom (müqayisә et: latınca aevom)
‘әbәdiyyәt’, ‘әsr’ hәmin şәkilçili bütün sözlәr kimi german
dilinә *aiwan, *aiwa, *aiw şәklindә keçmişdir. Bunun ardınca
*aiw hәmin sәs qrupundan olan bütün sözlәr kimi qәdim
alman dilindә ȇw ‘әbәdiyyәt’ ‘zaman’a çevrilmişdir. Sonra
axırda gәlәn hәr hansı W sәsi o-ya çevrildiyindәn ӗo alın -
mışdır. ӗo isә öz növbәsindә eyni dәrәcәdә ümumi olan başqa
qanunlara uyğun olaraq eo, io-ya keçmişdir. Bundan sonra io
- ie, je, nәhayәt, müasir alman dilindә jӗ olmuşdur (müqayisә
et: das schönste, was ich je gesehen habe ‘nә zamansa
gördüklәrimdәn әn gözәli’).
Yalnız çıxış vә son nöqtәlәri nәzәrdәn keçirsәk, müasir
söz ilkin elementlәrdәn heç nәyi saxlamamışdır; bununla
yanaşı, ayrılıqda götürülmüş hәr bir mәrhәlә mütlәq olaraq
müәyyәn vә ardıcıldır; bundan başqa, onların hәr biri öz
fәaliyyәtindә mәhduddur, ümumi yekunu isә modifikasiya
208 mәcmusunun hüdudsuzluğu tәsәvvürünü yaradır. Analoji
müşahidәni latınca calidum (calidus ‘isti’nin tәsirlik halı)