Page 209 - Ferdinand de Sössür_Layout 1
P. 209
Ümumi dilçilik kursu
üzәrindә dә aparmaq olar: әvvәlcә onu müasir fransız
dilindәki sözün birbaşa törәdiyi sözlә (ʃo, yazılışı: chaud
‘isti’) müqayisә edir, sonra isә bütün mәrhәlәlәri bәrpa
elәyirik: calidum, calidu, caldu, cald, calt, tʃalt, tʃaut, ʃaut, ʃŏt, ʃo.
Hәmçinin müqayisә et: xalq latın dili *waidanju- gέ (gain
yazılır) ‘uduş’, minus → mwȇ (moins yazılır) ‘az’, hocilfi →wi
(oui yazılır) ‘bәli’.
Fonetik dәyişmәlәrin fәaliyyәti bir dә o mәnada hüdud-
suz vә saysız-hesabsızdır ki, hәmin fәaliyyәt sifәtә, ismә vә
s., әsas sözdüzәldici vә ya sözdәyişdirici şәkilçiyә vә s. fәrq
qoymadan hәr növdәn işarәlәri ehtiva edir. A priori fikir
yürüdәrkәn belә dә olmalıdır, çünki qrammatika buraya
müdaxilә etsә, fonetik fakt sinxron faktla qarışardı, bu isә
qәtiyyәn mümkün olan şey deyil. Sәs әvәzlәnmәlәrinin “kor-
koranә” xarakteri bundan ibarәtdir.
Deyәk ki, yunan dilindә s sәsi n-dan sonra yalnız qram-
matik dәyәrliliyә malik olmadığı – *khänses ‘qazlar’, *mӗnses
‘aylar’ (chӗnes, mӗnes buradandır) – sözlәrdә deyil, aoristi
sәciyyәlәndirәn *etensa, *ephansa vә s. ( ӗteina, ӗphena vә s.
buradandır) tipli feil formalarında da düşür. Şәkilçilәrin ço -
xu nun saitlәrin keyfiyyәti ilә sәciyyәlәnmәsinә baxmayaraq,
orta yuxarı alman dilindә vurğudan sonrakı ǐ, ӗ, ӑ, ŏ saitlәri
e-yә qovuşur (gibil → Giebel ‘damın tәpәsi’, meistar →Meister
‘usta’) . Bunun nәticәsi olaraq, mәsәlәn, tәsirlik halın tәk
forması boton ‘xәbәrçini’, ‘çaparı’ vә yiyәlik-yönlük halın
tәki boten ‘xәbәrçiyә’, ‘çapara’ – botenә çevrilir.
Belәliklә, fonetik hadisәlәrdә heç bir mәhdudiyyәt yox -
dursa, bütövlükdә qrammatik orqanizm dә böyük tәbәd -
dülatlar yaratmağa qadirdir. İndi biz mәsәlәyә mәhz bu bucaq
altında baxmağa keçәcәyik.
209