Page 204 - Ferdinand de Sössür_Layout 1
P. 204
Ferdinand de Sössür
nәhayәt, tʃ-ya sonrakı keçidlәri hәr dәfә sәrf olunan
qüvvәlәrin azalması ilә müşayiәt edilir.
Burada araşdırma üçün geniş meydan açılır, hәmin
araşdırmanın tamlığından ötrü hәm fizioloji (artikulyasiya
problemi), hәm dә psixoloji (diqqәt problemi) cәhәtә fikir
vermәk lazımdır.
4. Son illәr geniş yayılmış baxışa görә, tәlәffüzdәki
dәyiş mәlәr bizim uşaqlıqdakı fonetik tәrbiyәmizlә әlaqә -
dardır. Uşaq yalnız uzun sürәn sınaq, sәhv vә düzәliş lәrdәn
sonra onu әhatә edәnlәrdәn eşitdiyini tәlәffüz etmәyi öyrәnir.
Sanki burada fonetik әvәzlәnmәlәrin mәnbәyi ehtiva olunur:
tәlәffüzün uşaqlıqda islah edilmәmiş qeyri-dәqiq liklәri bir
çox şәxslәrdә möhkәmlәnir vә bütün yeniyetmәlәr nәslini
әhatә edir. Bizim uşaqlar tez-tez k yerinә t deyirlәr, halbuki,
dillәrimizin tarixindә müvafiq fonetik әvәzlәnmәlәrә tәsadüf
olunmur. Normadan bәzi digәr yayınmalarda mәsәlә başqa
cürdür: deyәk ki, Parisdә uşaqların çoxu ƒl’ eur, bl’ anc
sözlәrini yumşaq l ilә tәlәffüz edirlәr – italyan dilindә dә
analoji proses baş vermişdir: latınca florem әvvәl fl’ ore-yә,
sonra isә fiore ‘çiçәk’-yә keçmişdir.
Hәmin müşahidәlәr diqqәti cәlb edir, lakin hәr halda,
mәsәlәni hәll etmir. Əslindә, anlamaq mümkün deyil ki, nә
üçün bu vә ya digәr nәsil uşaqlıqda mәnimsәdiyi qeyri-
dәqiqliklәrdәn birini saxlayır, eyni dәrәcәdә tәbii olan
başqalarını saxlamır. Hәqiqәtәn, düzgün olmayan tәlәffüz -
lәrin seçimi tamamilә sәrbәst, rasional olaraq әsaslandırıl -
mamış görünür. Nәhayәt, nә üçün bu vә ya digәr hadisә
özünә başqa dövrdә deyil, mәhz bu dövrdә yol açır?
Yeri gәlmişkәn, hәmin qeyd, onların fәaliyyәtlәri effektli
olarsa, yuxarıda sadaladığımız bütün amillәrә aiddir: hәm
iqlimin tәsiri, hәm danışanların irqi xüsusiyyәtlәrә әsaslanan
meyillәri, hәm dә daha az qüvvә sәrf etmәk tendensiyası
daimi, yaxud heç olmasa uzun müddәt әrzindә mövcud olur.
Nә üçün onlar epizodik olaraq, fonoloji sistemin gah bu, gah
204
da başqa nöqtәsindә fәaliyyәt gәstәrir? Tarixi hadisәnin
müәyyәnlәşdirici sәbәbi olmalıdır, bununla belә, bizim üçün